• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

QOÇ – Texniki cihazlarla ehtiyatlı davransanız, ixtiyarınızda olan bu təqvimi könül xoşluğu ilə başa vuracaqsınız. Sizə hörmət bəsləyən kəslərə siz də laqeyd yanaşmayın. Ac qalmayın.

BUĞA – Hər bir məsələyə cəld reaksiya verməyiniz, bəzən son sözü əvvəldə deməyiniz sizi gözdən salır. Bu baxımdan bir qədər ayıq olmağınıza ehtiyac duyulur. Gün ərzində sevgidən qidalanın.

ƏKİZLƏR – İçtirakçısı olduğunuz hadisələrdə bədbin düşüncələrə qapılmayın. Çünki ulduzlar sizə saat 12-dən etibarən böyük perspektivlər vəd edir. Dost bildiklərinizə elə dost kimi baxın.

XƏRÇƏNG – Yeni layihələri gözdən keçirmək, təcrübəli insanlarla müzakirələr aparmaq üçün çox gözəl gündür. Belə fürsəti əldən buraxmaq olmaz, xüsusən də saat 16-18 arası. Gecəni öz evinizdə keçirin.

ŞİR – Günün ümumi mənzərəsi gərgin fonla müşahidə olunduğundan bütün vacib işlərinizi təxirə salmalısınız. Bu gün yaxşı olar ki, məişət və müalicə ilə bağlı planlarınızla məşğul olun.

QIZ – Mənfi enerjili Ay bürcünüzdə olduğu üçün günün ilk yarısında daha diqqətli olmalı, heç bir riskli və yeni işlərə başlamamalısınız. Sonrakı müddətdə bütün məsələlərdə sərbəstsiniz.

TƏRƏZİ – Darıxdırıcı məqamlarınız artıq başa çatmaq üzrədir. Bu səbəbdən boş-boşuna oturmamalı, ümid işığı gələn bütün istiqamətlərə baş vurmalısınız. Dost köməyinə arxa çevirməyin.

ƏQRƏB – Dünənki kimi bu gün də sizi maddi uğurlar müşayiət edəcək. Çalışın ki, belə gözəl məqamda kimlərinsə qəlbini qırmayasınız. Əksinə, çoxdan görmədiyiniz doğmalarınızla mütləq əlaqə yaradın.

OXATAN – Mistik düşüncələrdən uzaq olun. Hər hansı falçıya üz tutmaqdansa problemlərin həllini özünüzdə axtarın. Unutmayın ki, Allaha sığınan bəndə sıxıntıya mübtəla olmaz. Axşam qonaq getməyə dəyər.

OĞLAQ – Günün ümumi mənzərəsi ürəyinizcə olacaq. Bütün cinahlardan ovqatınızı yüksəldəcək xəbərlər duyacaqsınız. Amma istənilən prosesdə obyektivliyinizi də qorumalısınız. Səfərə çıxmayın.

SUTÖKƏN – Ailə üzvlərinizlə daha mehriban davranın, küsülüləri barışdırın, sədəqə verin. Bir sözlə, elə addımlar atın ki, yalnız savab qazanasınız. Bu günü yalnız bu minvalla başa vurun.

BALIQLAR – Səfərə çıxmaq üçün olduqca səmərəli gündür. Əgər imkan varsa, yola çıxın. Alınmırsa, yaxın ünvanlarda yaşayan doğmalarınıza baş çəkin. Bu gün aldığınız iş təkliflərinə tələsik razılıq verməyin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR