Bu şalvar qadınları mensturasiya problemindən xilas edir – Fotolar
Bizi izləyin

Tabloid.az

Bu şalvar qadınları mensturasiya problemindən xilas edir – Fotolar

Türkiyənin tanınmış modelyerlərindən Berrin Gören xanımların mensturasiya zamanı geyinmələri üçün xüsusi şalvar hazırlayıb

Türkiyənin tanınmış modelyerlərindən Berrin Gören xanımların mensturasiya zamanı geyinmələri üçün xüsusi şalvar hazırlayıb.

Modelyer bu şalvarları məqsədə uyğun olaraq “Reglanda” (“regl” – yəni, mensturasiya; “anda” – zamanı sözlərinin birləşməsindən yaranıb) adı ilə satışa çıxarıb.

Berrin Gören brendinin adını “Reglanda” qoymasının səbəbini belə açıqlayıb:

“Mensturasiya mövzusunun tabu olmaması, utanılmaması üçün bu adı seçdim”.

Aybaşı zamanı bütün qadınların narahatlıq keçirdiyini nəzərə alan modelyer hazırladığı şalvarın xüsusiyyətlərini də bir-bir izah edib:

“Bu şalvarların ən əsas xüsusiyyəti kəmər bölgəsinin elastik olmasıdır. Bu aybaşı zamanı qarında olan köp və şişi daha az hiss etməyə kömək olur. Qarın bölgəsində normal şalvarların etdiyi təzyiqi azaldır. Lasinilərdən fərqli olaraq adi şalvardan fərqlənmir, olduqca şıq görünür. Normal şalvarlardan bir digər üstünlüyü isə parçasının nanotexnologiya ilə hazırlanmasıdır".

Bu parça ehtiyatsızlqıdan şalvara maye damladıqda onu içəridə saxlayır və bunun çöldən görünməsi mümkünsüz olur. Həmçinin antibakterial olduğu üçün pis qoxunun olmasının qarşısını alır. Yuduqda da ləkələr tez çıxır”.

“Hər qadının bir ömür ərzində orta hesabla 400 dəfə aybaşı olduğunu hesablasaq, düz 1500 günümüzü bu narahatlıqla keçiririk”, deyən modelyer bir neçə ilə mensturasiya günləri üçün xüsusi alt geyimləri də hazırlayıb, satışa çıxaracağını bildirib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm