• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Seksual bədənə qovuşmaq üçün asan məşqlər - Fotolar

Seksual bədənə qovuşmaq üçün asan məşqlər - Fotolar

Paltarın ən seksual detallarından biri də bel dekoltesidir. Təəssüf ki, bəzən orada yığılan yağlar bu dekolteni geyinməyə yol vermir. Ya büstqalterin alt, ya da üst tərəfindən yığılan yağlar ən sevdiyiniz paltarın arxasında arzuolunmaz görüntü yaradır.

Narahat olmayın! Tabloid.az sizi ideal kürəyə qovuşmağa yardım edəcək. Seksual görünüşə nail olmağınızı əngəlləyən bu yağları 5 məşqlə həm tez zamanda, həm də təsirli şəkildə yox edə biləcəksiniz.

...

Bu hərəkəti etmək üçün çəki daşlarınız yoxdursa, yarım litrlik su butulkasından istifadə etmək olar. Jim mövqeyində uzanın, ayaqlarınızı bud genişliyində açın. Ayaq ucunda yüksələrək əvvəl sol qolunuzu qaldırın, sonra sağ əlinizi qaldıraraq hərəkəti tamamlayın. Eyni hərəkəti üç dəfə təkrar edin.

...

Ayaqlarınızı düz olacaq şəkildə üz üstü uzanın, əllərinizi irəli doğru uzadın. Bu hərəkəti qarnınızı içəri doğru yığaraq etməlisiniz. Budlarınızı sıxın, ayaqlarınızı və qollarınızı eyni anda qaldırın. Bu vəziyyətdə beş saniyə dayanın və təkrar əvvələ dönün.

...

Ovuc içinizi xaricə doğru dayanacaq şəkildə turnikdən tutun və sinənizə qabağa çəkin. Bu hərəkəti edərkən ayaqlarınızı çiyin səviyyəsində açın.

...

Turnikdən dirsəklərinizi bükmədən yapışaraq, dizlərinizi bükün və arxadan çarpaz şəkildə bağlayın. Kürək sümüklərinizi sıxaraq aşağı və yuxarı hərəkət edin.

...

Bu məşqlər hamilə olanda yaranan kürək çuxuru üçün olduqca təsirlidir. Kürək üstü uzanın, dizlərinizi qatlayıb təkrar əvvəlki halınızı alın. Bu məşqi gün ərzində 10 dəfə yerinə yetirin.

...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR