Qalmaqallı Tolikdən sərt ismarış
Bizi izləyin

Tabloid.az

Qalmaqallı Tolikdən sərt ismarış

Prodüser Tolik (Tarix Əliyev) yenə əsəbiləşib.

Prodüser Tolik (Tarix Əliyev) yenə əsəbiləşib. Tabloid.az xəbər verir ki, işindən çox qalmaqalları ilə məşhur olan prodüser ölümü ilə gündəmdə qalmağa çalışanlara qarşı od püskürüb. O, öz qeydində müğənni Röyanı tərifləmək imkanını da əldən verməyib:

“İndi deyəcəklər, niyə yenə müğənni Röyanın adını yazırsan? Yadımdadır ki, təxminən 4 il əvvəl Zaurun “Burc FM”də Röyanın rəhmətə getdiyini söyləməsi ilə Bakı dəymişdi bir-birinə. Daha demirlər ki, Röyanın oxuduğu mahnıların milyonlarla fanatı var. Indi artıq başqa cür reklam oluna bilmirlər. Ölməklə gündəmə gəlirlər. Bunu kimin etməsindən asılı olmayaraq, qınayıram”.

Burada yaxşı bir məsəl yada düşür: Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı. Həmişə qalmaqalları ilə yadda qalan Tolik nədənsə, başqalarına dərs verməyə çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm