• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Cazibədar modeldən etiraf: “Çoxlu evlilik təklifləri alıram” - Fotolar

Cazibədar modeldən etiraf: “Çoxlu evlilik təklifləri alıram” - Fotolar

Tabloid.az-ın “Kokteyl” layihəsinin bu həftəki qonağı "Miss Azərbaycan 2013" gözəllik müsabiqəsinin Azərbaycan gözəli nominasiyası üzrə qalibi cazibədar model Humray Qulamovadır.

- Azərbaycanda modellər elə də çox qazanmırlar. Ümumiyyətlə, modellik Azərbaycanda yaxşı inkişaf etməyib. Belə olan halda niyə model olmaq qərarına gəldin?

- Mən modellikdən inanılmaz pullar qazanmaq üçün bu peşə ilə məşğul olmuram. Modellik mənim üçün hobbidir. Həm də xarici görünüşüm modellik standartlarına tam cavab verir. Müəyyən yaşdan sonra modelliklə məşğul olmayacağam.

- Göz önündə olmaq, gözəlliyini nümayiş etdirmək səni sıxmır ki?

- Xeyr, işimdən çox zövq alıram. Hər işin çətinliyi olduğu kimi bizim işin də çətin tərəfləri var. Amma bu çətinlik işimi sevməyimə mane olmur.

- Podiuma çıxanda hər kəsin baxışlarını öz üzərində hiss etmək necə hissdir?

- Əgər o insan mənim üzərimdəki geyimləri bəyənirsə, bu, mənim uğurumdur və gözəl hisslərdir...

- Gözəlliyin başına bəla olmayıb ki?

- Əvvəla mən də hər kəs kimi normal insan və qızam. Hər bir qızın başına yaxşı və pis şeylər də gələ bilər. Mənim arxamda anam var və məni bütün pisliklərdən qoruyur.

- Model kimi səni ilk kim kəşf edib?

- Uşaqlıqda çox uca boy olduğum üçün atam həmişə model olacağımı deyirdi.

- Bütün qızlar modellər kimi incə olmaq istəyir. Sən formada qalmaq üçün nə edirsən?

- Pəhriz saxlamıram, amma nə yediyimə fikir verirəm. Həm də fitneslə məşğul oluram.

- Saçların çəkilişlərdə yəqin ki, fenin mənfi təsirlərinə məruz qalır. Onları qorumaq üçün xüsusi reseptin var?

- Əslində təbii maskalar hazırlamağa tənbəllik edirəm. Saç tipimə uyğun təbii tərkibli şampun və balzamlardan istifadə edirəm.

- Seriallara çəkilməyə dəvət alırsan. Özünü aktrisa kimi sınamaq istərdin?

- Əlbəttə ki, seriallardan təkliflər çox gəlir. Sadəcə hələlik seriallarda çəkilmək istəmirəm. Gələcəkdə isə ola bilər.

- Niyə? Səbəb nədir?

- Özümü kinoda sınaq istəyirəm. Hazırda filmə çəkilirəm.

- Film Azərbaycanda çəkilir?

Bəli. Amma Türkiyədən təklif gəlsə, orda da çəkilirəm.

- Hansı filmə və hansı rolda çəkilirsən?

- Filmin adı "500 min dollar"dır, əfsanəvi türk aktyoru Kemal Sunalın xatirəsinə həsr olunub. Baş rolda çəkilirəm.

- Sənə bu yolda uğurlar. Filmdə çəkilmək çətin deyil ki?

- Təcrübəm olmadığı və ilk işim olduğu üçün bir az çətindir. Amma çəkiliş qrupu mənə böyük dəstək olur.

- Bədənində bəyənmədiyin və ya əməliyyat etdirmək istədiyin yer var?

Yoxdur.

- Yəni, gözəlliyindən razısan?

- Sadəcə Allahıma şükür edirəm.

- Hansı kosmetik vasitədən olmadan yaşaya bilməzsən?

- Əslində, gündəlik həyatda makiyajdan istifadə etmirəm. Çəkilişlərdə məni stilistlər bəzəyirlər.

- Səni ən çox nə özündən çıxara bilər?

- Çox sakit təbiətli insanam, nadir hallarda əsəbiləşərəm, ya da kimləsə mübahisə edərəm. Amma həqiqəti bildiyim halda yalan eşidəndə çox əsəbiləşirəm.

- Bələ anlarda səni kim sakitləşdirir?

- Gəzəndə sakitləşirəm.

- Hansı stildə geyinməyi xoşlayırsan?

- Qarışıq stildə geyinirəm. Getdiyim məkandan da çox şey asılıdır.

- Alış-verişə çıxanda ən çox nəyə pul xərcləyirsən? Ümumiyyətlə, alış-veriş xəstəsisən?

- Yox, alış-veriş xəstəsi deyiləm. Geyimlərə çox pul xərcləmirəm. Zövqümü oxşayan, mənə yaraşan geyimləri alıram. Ən çox ayaqqabılara pul xərcləyirəm.

- Gözəl xanımsan, yəqin sənə vurulanlar da çoxdur.

- Ola bilər. (gülür)

- Evlilik planlaşdırırsan?

- Evlilik təklifləri çox gəlir, amma birinci özümü işimdə təsdiqləməliyəm.

- Sənin qəlbini necə bir kişi oğurlaya bilər?

- Bunu əvvəlcədən müəyyənləşdirmək olmur. Amma məncə, ilk növbədə dürüst olmalıdır.

- Kişilər qadına baxanda ilk nəyə diqqət edirlər?

- Gözlərinə.

- Səncə, kişiləri seksual, yoxsa məsum gözəllər daha çox cəzb edirlər?

- Bu, zövq məsələsidir. Bütün kişilər eyni cür fikirləşmir, ona görə deyə bilmərəm.

- Öz işini çox sevdiyini deyirsən. Modelərə bəzən soyunmaq da lazım gəlir. Bəs sən çılpaq və ya bikinidə fotosessiyaya çəkilərsən?

- Yox, işimi sevsəm də, bəzi qadağalarım var. Etdirənlərə də pis baxmıram, hərənin öz işi var.

- Məşhur bir geyim brendi böyük pullar təklif etsə və reklamda açıq səhnələr tələb olunsa, yenə də razı olmazsan?

- Təbii ki, yox. Pul mənim qərarımı dəyişdirməkdə çox acizdir. Belə təkliflər çox olur, amma razılaşmamışam.

- Sonda qızlarımıza gözəl görünmək üçün nə məsləhət görərdin?

- Bizim qızlar onsuz da gözəldir. Hər zaman belə gözəl qalsınlar...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR