Zəlimxan Yaqubun səhhəti ilə bağlı yeni xəbər
Bizi izləyin

Yazarlar

Zəlimxan Yaqubun səhhəti ilə bağlı yeni xəbər

Zəlimxan Yaqubun səhhəti ilə bağlı yeni xəbər

“Zəlimxan Yaqubun cərrahiyyə əməliyyatı təxirə salınıb”.

Z.Yaqubun ailəsindən AzNews.az-a bildirilib ki, xalq şairi bir necə gün əvvəl müayinə olunması və müalicəsinin davam etdirməsi məqsədi ilə Almaniyaya gedib: “Zəlimxan Yaqub təkrar müayinədən keçib, müalicə olunması üçün əlavə dərman yazılıb.”

Ailəsindən o da qeyd olunub ki, müayinə zamanı şairin səhhətində ciddi nasazılıq olmadığı müəyyən olunub. Z. Yaqub yaxın vaxtlarda vətənə dönəcək. Xatırladaq ki, Z.Yaqub bir müddət əvvəl AzNews.az-a açıqlamasında bildirmişdir ki, onun Almaniyada müalicəsinin nəticəsini öyrənmək üçün Almaniya getməsi vacibdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm