• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qazaxda Bəhmən Vətənoğlunun anım günü keçirildi

  • Yazarlar
  • 31 Mart 2014 11:59
  • 1 286 Baxış
Qazaxda Bəhmən Vətənoğlunun anım günü keçirildi

Qazax rayonunda Ədəbiyyat muzeyində şair Bəhmən Vətənoğlunun anım gecəsi keçrilib. Gecə AYB-nin Qazax zona filalının sədri Barat Vüsalın dəstəyi və təşkilatçılığı ilə baş tutub. Tədbir Kəlbəcərin işğalının 21-ci il dönümü ərəfəsinə tasadüf etdiyindən aparıcı E.Nicat B.Vətənoğlunun və bütün Azərbaycan şəhidlərinin xatirəsinin birdəqiqəlik sükutla yad edib, onların ruhuna dualar diliyərək gecəni Aşıq İlqar Qələmçəlinin ifasında saz üstündə Bəhmən Vətənoğlunun bir divanisiylə başladı.

Gecənin aparıcısı gənc şair Elməddin Nicat tədbiri açıq elan edib tədbirə gələnləri salamlayaraq gecənin təşkil olunmasında göstərdikləri köməkliyə görə Kəlbəcərlilər və Kəlbəcər yazarları adından B.Vüsala və Qazax ədəbi camiyəsinə minnətdarlıq etdi. B. Vətənoğlu haqqında geniş və hər tərəfli çıxışların olacağı və hər kəsə söz veriləcəyini qeyd edən E. Nicat sözü AYB-nin Qazax zona filalının sədri Barat Vüsala verdi. B.Vüsal Bəhmənin ruhundan, onun şeirlərinin özündən əvvəlki klassiklərin qan qardaşı olduğundan danışaraq, şairin bir neçə şeirindən misallar çəkdi. Elşən Əzim Bəhmən Vətənoğlu ilə bağlı olan həm bal kimi həm də adamın ciyərini yandıran xatirələr danışdı. Tovuz Aşıq Hüseyn Bozalqanlı adına “Varizlər” ədəbi birliyinin rəhbəri, şair Əbülfət İslam Bəhmən yaradıcılığının genişliyindən və çoxşaxəliliyindən danışaraq B.Vətənoğluna həsr etdiyi “Bəhmən Vətənoğlu dönə bilmədi, Kim dönəcək Kəlbəcərə görəsən?” şeirini oxudu.

Hüseyn Arif ədəbi məclisinin rəhbəri şair Saqif Qaratorpaq, Sazımızın və aşıq ədəbiyyatımızın kamil bilicisi Məhəmmədəli Məşədiyev, şair Eyvaz Qələmçəlinin qardaşı Misir Qələmçəli, , Bilal Qoca, Səhlədar Hidayətoğlu, Mustafa Rasimoğlu, Şöhrət Cəlal, Mübariz Qaragözlü, Gülnar Səma,Şəfa Vəliyeva, Şahinə Könül, Günay Həsənli,Tamella Poladlı, Sevil Hacızadə, Taleh Mansur, Rüfət Axundlu, Pərvanə Nizaməddin və sair çıxış edənlər Bəhmən Vətənoğlu yaradıcılığının önəmli məqamlarını diqqət mərkəzinə gətirərək şairin şeirlərindən nümunələr səsləndirdilər. Tədbirdə Aşıq İlqar Kəlbəcərli şairin Zəlimxan Yaquba üzünü tutub yazdığı “Xətrimə” qoşmasını “Vaqifi” saz havası üstə, Aşıq Hüsən Qazaxlı “Sən olmasan”qoşmasını “Naxçıvanı” havasıyla, Aşıq Samir Allahverdiyev “Hüseyni” havasıynan şairin “Səbrin olsun” divanisini qiraətnən söylədi, Aşıq Elburus Kəlbəcərli “Ruhani” havasına “Darıxdım” qoşmasını, Tədbirin gənc aşığı Aşıq Murad “Azaflı Dubeytisiylə” şairin “Ürəyimin” gəraylısını elə şövq və məlahətnən ifa etdilər ki, məclis daha şən və maraqlı oldu.

Gecə Aşıq İlqar Kəlbəcərliylə, Aşıq Elburus Kəlbəcərlinin qarşı-qarıya oxuduqları “Gəraylı” havası üstündə sona yetdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR