Yayım Assosiasiyasında gənc yazarlarla görüş keçirildi
Bizi izləyin

Yazarlar

Yayım Assosiasiyasında gənc yazarlarla görüş keçirildi

YAYIM ASSOSIASIYASINDA GƏNC YAZARLARLA GÖRÜŞ KEÇIRILDI

02 aprel 2014 tarixində “Yayım” Assosiasiyasının ofisində təşkilatın təşəbbüsü ilə gənc yazarlarla kitab yayımı mütəxəssislərinin görüşü keçirilmişdir. Görüşdə gənc yazarlar öz vəsaitləri hesabına nəşr etdirdikləri kitablarının yayımında problemlərin olduqlarını, bunun səbəbindən də imzalarının oxucular arasında az tanıdıqlarını qeyd etdilər. Oxucularla görüşmək imkanından ümumiyyətlə söhbətin gedə bilməyəcəyini yekdilliklə qeyd edən yazarlar bütün təbliğat kampaniyalarının öz vəsaitləri hesabına keçirilməsini qəbuledilməz hesab etdilər.

Yayım Assosiasiyasının prezidenti Yaşar Zeynalov qeyd edilən problemin doğurdan da həllinin vacib olduğunu söylədi: Elə buna görə də keçın ilin sonunda “Müasir Azərbaycan ədəbiyyatında gənc yazarların təbliğinə yardım” layihəsini işləyərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına etdik. Layihəmiz Şura tərəfindən dəstəklənmişdir. Biz Assosiasiyanın orqanı olan “Yeni Nəşrlər” kataloq-jurnalının bir sayını bütünlükdə gənc yazarların ədəbiyyatlarına həsr edilmişdir. Bundan əlavə Assosiasiya layihə çərçivəsində “Gənc yazarlarının əsərlərindən ibarət elektron baza”nın yaradılmasını da nəzərdə tutmuşdur.

Kitab üzrə ekspert Fazil Kərimli bir ay ərzində fəaliyyətdə olan gənc yazarlar birlikləri ilə əlaqə saxladığını qeyd edərək 70-dən artıq müəllifin 85 adda kitabı haqqında informasiyanın topladığını qeyd etdi: -“Biz bu məlumatları həm jurnalımızda, həm də yaradacağımız saytda yerləşdirəcəyik “ deyərək gənc yazıçılardan tanıdıqları bütün gənc yazarları “Yayım” Assosiasiyası ilə əlaqə saxlamağa çağırdı.

Görüşdə gənc yazarlar və yayım mütəxəssisləri tərəfindən təkliflər səsləndirildi və gələcək əməkdaşlıq etmək barədə razılıq əldə edildi.

Qeyd edək ki, görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Müasir Azərbaycan ədəbiyyatında gənc yazarların təbliğinə yardım” layihəsi çərçivəsində reallaşmışdır.

A. Zeynalzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm