ADU-da Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimatı keçirildi
Bizi izləyin

Yazarlar

ADU-da Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimatı keçirildi

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "525-ci qəzet”in baş redaktoru, şair-publisist Rəşad Məcidin yenicə çapdan çıxmış "Dəlicəsinə" kitabının təqdimatı keçirilib.

Publika.az-ın məlumatına görə, təqdimat mərasimində universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva, II Xarici dil kafedrasının müdiri, professor Şaban Şabanov, Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimləri, Filologiya və Jurnalistika fakültəsinin tələbələri iştirak edib.

Ələddin Əliyev belə tədbirlərin universitetdə mütəmadi olaraq keçirildiyini bildirib.

Ə. Əliyev qeyd edib ki, Rəşad Məcid jurnalistikaya, publisistikaya və lirikaya eyni dərəcədə yaxın olmağı, mövcud istiqamətdəki proseslərin mərkəzində dayanmağı bacaran qələm sahibidir. Prorektor vurğulayıb ki, R.Məcidin yeni çapdan çıxmış kitabı da onun əhatəli yaradıcılıq dünyasının, yaşantılarının məhsulu kimi mühüm əhəmiyyət daşımaqdadır.

Azərbaycan dili və ədəbəyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva isə çıxışında R.Məcidi xarakterizə edən müxtəlif cəhətləri sadalayaraq onun yaradıcılığının örnək səciyyə daşıdığını vurğulayıb.

Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov isə çıxış edərək "525-ci qəzet”və “Dəlicəsinə” kitabı haqqında fikirlərini bölüşdü. V. Bəşirov "525-ci qəzet” oxunaqlı qəzet olduğunu, xüsusən də şənbə buraxılışının maraqla qarşılandığını diqqətə çatdırıb.

Tədbirdə Filologiya və Jurnalistika fakültəsinin 247a qrup tələbəsi Ülkər Salamova "525-ci qəzet” və “Dəlicəsinə” kitabı haqqında təqdimatla çıxış etdi. Təqdimatda "525-ci qəzet”in yaranma tarixindən və fəaliyyətindən, eləcə də “Dəlicəsinə” kitabından söz açıldı.

Təqdimat mərasimində çıxış edən Rəşad Məcid ADU-da olmaqdan məmnunluğunu, bu universitetin ona doğma ali təhsil müəssisəsi olduğunu bildirib. Yazar baş redaktoru olduğu "525-ci qəzet”in yaranma zərurətindən, fəaliyyətindən və inkişafından danışıb. O, söyləyib ki, rəhbərlik etdiyi qəzet fəaliyyətə başladığı dövrdən indiyədək yüzlərlə jurnalist üçün məktəb rolu oynayıb. R. Məcid ölkənin aparıcı qələm sahiblərinin yazılarının qəzetdə çap edildiyini də qeyd edib. Müasir ədəbiyyatımızda mövcud olan problemlərdən söz açan R. Məcid gənclərin az mütaliə etdiyini də sözlərinə əlavə edib. O, ədəbiyyata, jurnalistikaya dövlət tərəfindən qayğı göstərildiyini bildirib. Baş redaktor Azərbaycan Prezidenti İlham Əliyevin gənc yazarlara xüsusi diqqət ayırdığını önə şəkdi. R. Məcid tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Sonda Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev R. Məcidə iştirakına görə universitet kollektivi və rəhbərliyi adından təşəkkür edib. Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm