Nəsiminin nəticəsi araq içən şairlərə sataşdı – Video + Fotolar
Bizi izləyin

Yazarlar

Nəsiminin nəticəsi araq içən şairlərə sataşdı – Video + Fotolar

Reportaj üçün üz tutduğumuz qəbiristanlıqda söhbətləşmək üçün molla axtarırdıq ki, daha maraqlı müsahib tapdıq. Özünü Kəmaləddin Mikayılov kimi təqdim edən qəhrəmanımız ixtisasca heykəltaraşdı və bu qəbirstanlıqda xeyli müddət işləyib. Vaxtı ilə qəbir daşları, heykəllər yonan Kəmaləddin dayı on il öncə kecirdiyi bir qəzadan sonra səhhətində yaranan problemlərdən dolayı sənətin daşını atmalı olub. Söhbət zamanı məlum oldu ki, qoca heykəltaraş Şamaxı torpağından və İmadəddin Nəsiminin nəslindəndir. Özünün də dediyi kimi, şairliyinin “günahı” da elə məhz doğulduğu torpaq və daşıdığı genlərdədir.

Söhbət əsnasında şairin hazırcavablığının bir daha şahidi olduq. O, replika ataraq şairə sataşan mollaları cavabını elə anındaca verir:

"Molla, oynatma təsbehini,
Bu saat verərəm tənbehini... "

Bu, hələ hamısı deyil, əslən Şamaxıdan olan və Kürdəmirdə böyüyüb boy-başa çatan Kəmaləddin dayının xalq şairi Səməd Vurğunla da maraqlı görüşü olub. Belə ki, Kürdəmirdə kənd məktəbinə görüşə gələn Səməd Vurğun şagird Kəmaləddinin hazırcavablığından və şeirlərindən xoşu gəlir. Ordaca ona Şirvani ləqəbini verir.

Bu görüşdə nə baş verib, bunu yazmayacağam. Bu və digər maraqlı hadisələri təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Araqla ilhama gəlsəydi insan,
yüz şair çıxardı bir “butulkadan”.

Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm