Yazarlar
Ərdoğanla Putin gəlir – MƏXFİ DOSYE
Araşdırmaçı-yazar, Prezident mükafatçısı, Psixoloji Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı inustitunun ekspertlər şurasının üzvü politoloq Adıgözəl Məmmədovun yeni kitabı – “Məxfi dosye: Ərdoğan-Putin” satışda olacaq.
Bu barədə Publika.az-a A. Məmmədovun özü
məlumat verib.
Kitabın bir hissəsində müəllif yazır: “Mülayim İslam”ın
“Müsəlman missionerliyə” Layihəsi və Fətullah Gülən Camaatı.
“Sovetlər Birliyinin dağılması ilə birlikdə, Yaşıl Qurşaq Proyektinə paralel yeni bir proyekt daha gündəmə qoyulmuşdu. Birliyin dağılmasıyla ortaya çıxan 15 müstəqil dövlətdən 7-si müsəlman və türk mənşəyinə sahib xalqlardan meydana gəlməkdə idi. Sovetlərdən geriyə qalan Rusiya Federasiyasının (RF) içində də təxminən 22 milyon müsəlmanın yaşadığı muxtar bölgələr mövcud idi.
Müstəqilliyini qazanan bu yeni dövlətlərin RF-dən uzaqlaşması üçün aradakı mövcud etnik və dini fərqliliklərin ön plana çıxarılmasının faydalı olacağı düşüncəsiylə ABŞ tərəfindən “Mülayim İslam” əsasında bir “Müsəlman missionerliyə” layihəsi emal edildi. Bu layihənin əsas ölkəsi olaraq Türkiyə və taşeron “firma” olaraq da Fətullah Gülən Camaatı seçildi.
2002-ci ilə gəlindiyində rus gizli xidməti FSB-nin sədri Nikolay
Patruşevin Camaat məktəbləri və bu məktəbləri quran vəqf və
dərnəklərin ABŞ gizli xidməti ilə əlaqəli çalışdığını açıqca dilə
gətirməsi üzərinə, RF bu məktəbləri bağlamağa və əlaqəli kəsləri
deportasiya etməyə başladı.
“Putinin 5-6 dekabr 2004-cü ildə Türkiyəyə etdiyi rəsmi səfərdə
mövzunu ən üst səviyyədə gündəmə gətirərək, Fətullah Gülənə aid
məktəblərin, “CIA ilə əməkdaşlıq etdiyi, terror təhsili verdiyi və
dinci təşkilatlara işçi yetişdirdiyi” istiqamətində hazırlanmış
məxfi dosyeni təqdim etdi. Moskvanın təzyiqinin da təsiri ilə Milli
Təhlükəsizlik Şurasının (MTŞ) 2004-cü ildə Gülən camaatına qarşı
tədbir almağı önərsə də, Hökumətin bu qərarı savsaklayarak qeydə
dəyər bir tədbir götürmədiyi, bu yazını qələmə aldığımız sırada
bütün sürətiylə davam edən AKP- Camaat döyüşündə şəxsən AKP
idarəçiləri tərəfindən etiraf edildi”- deyə müəllif qeyd edir.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR