Yazarlar
Nəriman Həsənzadə - 83 illik şeir çələngi - VİDEO
Səni görübdülər dağüstü parkda,
Gün bir az aşağı əyilən vaxtda.
Kinodan çıxanda görüblər səni,
Ötürüb harasa bir nəfər səni.
Sonra bir avtobus duracağında,
Sonra bir metronun çıxacağında
Sonra bir taksiyə mindiyin yerdə,
Sonra da evə gec döndüyün yerdə.
Haraya gedibsən göz qoyubdular,
Adını “gəzəyən qız” qoyubdular.
Məni gözləyibsən dağüstü parkda,
Gün bir az aşağı əyilən vaxtda.
Səni o kinoya mən aparmışam,
Özüm ötürmüşəm sonra, qadası
Od tutub yanağın, üzün yanmasın,
Yenə görüşmüşük gedib bir axşam:
əvvəl bir avtobus duracağında,
Sonra bir metronun çıxacağında,
Sonra bir taksiyə oturmusan sən,
Mənim görüşümə gecikdiyindən.
Özüm saxlamışdım bir dəfə səni
Bir az gec ötürdüm mən evə səni.
Gör necə yerbəyer, necə adbaad,
Məni görməyiblər,
Ay dadi-bidad!
Bu gün xalq şairi Nəriman Həsənzadənin 83 yaşı tamam olur,təbrik edirik.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO