• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bağırovun ölümü, xatirə dolu İzmir və yad qadın nəfəsindəki vətən

  • Yazarlar
  • 21 Fevral 2014 15:47
  • 2 606 Baxış
Bağırovun ölümü, xatirə dolu İzmir və yad qadın nəfəsindəki vətən

Əvvəlki yazıları da oxu:

Yazı 1 - Mircəfər Bağırov düşməni Məcid ağanın oğlunu necə qarşılayıb?

Yazı 2 - Mircəfər Bağırovun himayəsi altında böyüyən “Tİbbbandit” balaları

Yazı 3 - Keşiş Vahan arvadını niyə bir gecəlik Məmməd ağaya göndərdi?

Yazı 4 - Məcid ağa düşməni Bağırovu ölümdən necə xilas etdi?

Bağırovdan Niyaziyə qədər Üzeyir bəydən Məcid ağaya qədər inanılmaz faktlar

Xilaskar Almaniya ...

Ənvər ağanın 1939-cu ildən başlayan müharibə həyatı heç cür rahat bir ortama daxil olmur. Fin müharibəsinin rüzgarı sakitləşməmiş Almaniyadan əsən şiddətli faşizm dalğası sovetləri ağuşuna alır.

Hərbi əsgər kimi Ənvər bu dəfə Almaniyaya qarşı vuruşan sovet hərbi dəstələrinin tərkibində üzü Avropaya tərəf yürüşə başlayır.

Dünya savaşı milyonları bədbəxt edərkən, az sayda insanın istəkləri və arzuları üçün yeganə vəsiləyə çevrilə bilir.

Amansız sovet repressiyası, bütöv nəslin az qala bütün kişi üzvlərinin fiziki məhvi Məcid ağanın oğlu Ənvər həkimin böyüyərək yaşatdığı acı xatirələrin əsas mövzusu olur.

Bu cür amansız mənəvi və fiziki təzyiq altında formalaşan insan üçün müharibə dəmir pərdənin azacıq işıq düşən açıq tərəfi olur.

Azərbaycan arzusununun Berlin daşı

1942-ci ildən etibarən Almaniya azərbaycanlılardan ibarət diviziya , hətta "Mühacir Azərbaycan Höküməti" formalaşdırmağa başlayır.

Burda Məcid ağanın şəxsən dostları olan Ceyhun bəy, Əli bəy, Məmmədəmin bəyin başçılığı ilə ciddi fəaliyyət başlayır.

Sovet ordu sıralarını tərk edən yüzlərlə əsgər kimi Ənvər Almaniyada böyük arzusu- Azərbaycan uğrunda mübarizəyə qoşulur...

1945- ci ilin alman kampaniyası qarşı cəbhədə olan minlərlə soydaşımızın taleyini qara və naməlum gələcəyə bağlayan sonluq olur.

Amma, Məmmədəmin və İsmət İnönünün şəxsi cəhdlərinini nəticəsi olaraq "MAH"-ın əksər üzvləri Türkiyəyə keçə bilir.

İzmir 1945- ci ilin bir payız günü 11 nəfər azərbaycanlını əbədi olaraq qəbul etməli olur.

İkinci vətənin göz yaşları

Təxminən, 60- cı illərdə dəmir qapıları bu dəfə ovsunlayıcı musiqi sədası taybatay açır.

Dahi Azərbaycan dirijoru Niyazi İzmiri fəth etməyə başlayır.

Ali Sovetin üzvü, orden sahibi və böyük səlahiyyətlərə sahib olan Niyazi İzmirdə illərə məna verəcək addımlar atır…

Musiqi salonu ağzına qədər dolur.

Böyük bəstəkarı əklillərlə süsləyirlər. Foyedə ona bir neçə nəfər yaxınlaşır.

Ertəsi gün İzmir xəstəxanasının baş həkimi və müdiri cərrah Ənvər həkim Niyazini öz evində qəbul edir.

Bu həmin Ənvər həkim idi ki,30- cu illərdə Kazım Aslanlı ilə ATU qovulanda onu Niyazinin əmisi dahi Üzeyir Hacibəyov hər ikisini evində saxlayır və Bağırovun amansız əllərindən qoruya bilir.

İllər əvvəl, əmisinin yaxşılıq etdiyi insana, bu gün qardaşı oğlu yardım əlini uzadacaqdı.

İzmiri vətən seçən 11 azərbaycanlı bu gün Niyazi ilə görüşür.

İllərin əzab və işgəncə verdiyi, amansız davrandığı Ənvər həkim İzmirin adlı-sanlı bir sakini idi və bütün azərbaycanlılar üçün əsl dayağa çevrilmişdi...

Niyazi hər kəsə qulaq asır, bircə-bircə hər birinin taleyi haqda məlumat toplayır və uzun isrardan sonra, hamını Azərbaycanda olub-qalan qohumuna, qardaşına məktub yazmağa vadar edir.

Vətəndən-vətənə turistmi gələr?

1970- ci ildə "İnturist" mehmanxanasında 10 nəfər türkiyəli turist qonaq olur.

Niyazinin şəxsi israrı nəticəsində İzmirdə yaşayan həmin 11 nəfərin 10- u turist qismində bir həftəlik Bakıya dönür.

30 ilin ayrılığı kimləri aparmamışdı ki?

MK icazə alan 11 nəfərdən biri Şərurdan olan Baxşəl i kişi Dəllərdə(Şəmkirdə) nəslinin burda qalan nümayəndələri ilə görüşür.

Gedərkən isə, işlətdiyi sözü hələ də, nəvələri unuda bilmirlər.

Ayrılıq anında Baxşəli kişi deyir: "Elə bilirdim, sovet hökuməti hamınızı məhv edib,ona görə də İzmirdə bu ağrını yaşaya-yaşaya unuda bilmişdim. Amma, indi, kim bilir necə dözə biləcəyəm".

1975-ci ildə, Şəmkirdən qayıtdığı 5-ci ildə ürərktutmdan vəfat edir.

Baxşəli kişi hər zaman İzmirdən danışarkən, onlara əsl qardaş hörməti edən Məcid ağanın oğlu haqqında ürəkdolusu danışır.

Demək olar ki, Ənvər həkim haqqında bildiyimiz ən son məlumat da elə Baxşəli kişinin dedikləri idi.

Həsrət, əbədi də olur

Onlar -11 nəfər İzmirdə yaşamağa başlayır. Hamısı kasıb və evsiz olur. Tək Ənvər həkim cərrah olduğundan özəl xəstəxanalardan birinin baş həkimi kimi fəaliyyətə başlayır.

Maddi imkanı yaxşı olan həkim qısa müddətdə azərbaycanlıları işlə təmin edə bilir.

Xəstəxananın sahibi dünyasını dəyişdikdən sonra, Ənvər həkim onun xanımı ilə ailə həyatı qurur.

Bundan sonra, mülklərinin sayı artır və bir çox azərbaycanlının ev almasına yardım edir.

Niyazi ilə görüşün təşəbbüskarı olan Ənvər həkim digər yoldaşlarından fərqli olaraq Azərbaycana gəlmək, heç olmasa bir parça məktub yazmaq xahişinə çətinliklə də olsa əməl etmir.

İllərin dəhşətini unutmayan bəy oğlu, bir daha keçmişi canlandırmağa, o hissləri ona təkrar yaşadacaq hər bir şeydən imtina edir.

Onun illər uzunu düşəməni Mircəfər Bağırovla görüş gününü, qələbə anını gözləyəcəyi zaman gəlib çatmır. Öz qurduğu cəmiyyətin amansız əllərində boğulan Bağırov yox idi.

Mübarizə aparmaq üçün əzm olsa da, düşmən yoxa çıxmışdı…

Ən çətin olan yolu seçir. Onun həyatda olub-olmamasını belə, bilməyən bacı-qardaşlarında gizlin yaşamağa qərar verir.

İzmirli qadınna könlünü bağlayan Ənvər həkim zamana şahid kimi yaşamağa davam edir.

Artıq onun üçün vətən də, sevgi də burda idi.

Böyük bir mübarizənin həddində vuruşan, SSRİ-lə tam mənasında mübarizə aparan Ənvər ağa onu kövrəldəcək, ağladacaq addımlara getmir.

Hər kəsin onun haqqında bir parça məlumata ehtiyacı olduğunu bilə-bilə tarixə dönməyə, xatırlanmamağı üstün tutur.

Artıq 30 ildən çoxdur. Onu müstəqil Azərbaycana bağlayan nə bir işarə var, nə də onu tapmağa bir ipucu.

Əziz Əlibəyli

Ardı var...

1937.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR