Payızın sviter dəbi belə olacaq - FOTOLAR
Bizi izləyin

Dəb

Payızın sviter dəbi belə olacaq - FOTOLAR

Yaydan heç doymamışdıq ki, payız öz hava şərtlərini diktə etməyə başladı. Bu gün yağan yağış onu göstərdi ki, qarderobu soyuq havalara hazırlamağın vaxtıdır.

Publika.az-ın dəb bölməsi bir neçə sviter seçib. Hansı ki, onlar sərin payız axşamlarında sizi soyuqdan qoruyan sadiq silahdaşlarınız ola bilər.

Əgər qarderobunuzda qara rəngli kəşmir vodolazkanız varsa, bu payız onunla kifayətlənməyi düşünürsünüzsə, səhv edirsiniz. Çünki bu il dizaynerlər modapərəstlər üçün çoxlu sayda və müxtəlif rənglərdə sviterlər təklif edirlər.

Ümumiyyətlə, son bir neçə ilin payız-qış kolleksiyalarında bol kəsimli sviterlər üstünlük təşkil edir. Bir çox cəhətdən əlverişli olan belə sviterlərdə insan özünüzü daha rahat hiss edir. Bunu nəzərə alıb payız üçün alış-verişə gedəndə qətiyyən dar sviter seçməyin.

Əlbəttə ki, içində pişik balası kimi gizlənə biləcəyiniz modellərdən almaq da məsləhət deyil.

Bu universal köynəklər istər klassik şalvar, istər cins, istər qısa, istərsə də, uzun yubkalarla əla uyğunlaşır. Yeri gəlmişkən, bol kəsimli sviter və ya vodolazkaları yayın dəbi olan cins kombinezonlarla da geyinə bilərsiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm