İdman
Azad Rəhimov: “Azərbaycanda növbəti idman bayramı olacaq”
“İslam Həmrəylik Oyunları Azərbaycanda növbəti bir idman bayramı olacaq”.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəylik İdman Federasiyasının bu gün Bakıda keçirilən 9-cu Baş Assambleyasında çıxışında deyib.
A.Rəhimov qeyd edib ki, Azərbaycan Oyunlar keçirilməsi istiqamətində lazımi addımlar atır. Nazir xatırladıb ki, İslam Həmrəylik Oyunlarının keçirilməsi məqsədilə Azərbaycan dövləti tərəfindən Təşkilat Komitəsi yaradılıb.
Nazir bildirib ki, Azərbaycanın bu cür beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə böyük təcrübəsi var.
Azərbaycanın Birinci Avropa Oyunlarına və digər beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini vurğulayan A.Rəhimov bildirib ki, İslam Həmrəylik Oyunları da idman bayramı kimi qeyd olunacaq və unudulmaz anlar yaşanacaq.
Nazirin sözlərinə görə, Oyunlarda ən azı 1500 heyət üzvü və 5 mindən çox idmançı iştirak edəcək. (Trend)
-
Hadisə23:00Sabah bəzi ərazilər qazsız qalacaq
-
Elm və təhsil22:2431 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ - FOTO
-
MDB21:48Hava limanında DƏHŞƏTLİ ANLAR - İldırım təyyarədə altı dəlik açdı
-
Magazin121:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama
-
ABŞ21:24Tramp bu liderləri Ağ Evə dəvət etdi - 1983-cü ildən bəri...
-
Sosial20:48Azərbaycanda dörd nəfərə yüksək vəzifə verildi - ADLAR
-
Magazin219:48Məşhur azərbaycanlı müğənninin uşaqlıq görüntüsü yayıldı - VİDEO
-
Nida Xəbər 19:24445 min manatı mənimsəyən qadın Türkiyədən Azərbaycana gətirilir

































