İdman
Azərbaycanda bu idman növü ləğv olundu
Otüstü hokkey üzrə Azərbaycan yığma komandalarının üzvləri və məşqçiləri federasiyanın binası qarşısında aksiya keçiriblər. Aksiyanın baş vermə səbəbi federasiyadakı maliyyə sıxıntıları olub.
Aksiyaçılar bildiriblər ki, federasiya rəhbərliyinə şikayət olunub, ancaq bu heç bir nəticə verməyib. Digər tərəfdən, qadınlardan ibarət yığma komanda Dünya Hokkey Liqasının 3-cü mərhələsinə yollanmadığı üçün beynəlxalq qurum tərəfindən cərimələnib. Cari ilin sonuna qədər cərimə ödənməsə, Azərbaycanın bütün nəticələri ləğv olunacaq və yığmalar reytinq siyahısından çıxarılacaq.
Maraqlıdır, görəsən federasiya bu problemdən necə can qurtarmaq istəyir? Bundan sonra bu federasiya tamamilə ləğv olunacaqmı? Suallara cavab tapmaq üçün Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyevlə əlaqə saxladıq. Y.Nuriyev Publika.az-a vəziyyət barədə ətraflı məlumat verdi:
“Düzdür, ölkədə otüstü hokkey idman növü üzrə bütün fəaliyyətlər artıq dayandırılıb. Komandalar və yığmalar bu ilin iyul ayının 1-dən buraxılıb. Bu sahədə 500 nəfərə yaxın insan çalışır. Bunlar içərisində də idmançılar, məşqçilər və digər texniki heyət üzvləri var. Onlara verilməli olan maaşın ümumi miqdarı isə Azərbaycan manatı ilə 50 minə yaxındır. Problemin aradan qaldırılmasını biz də çox istəyirik. Təbii ki, nəticələrin ləğv olunması və milli komandaların reytinq siyahısından çıxarılması bizə də pis təsir edir. Çünki biz bu reytinqi bir günə yox, 15 ilə pillə-pillə yığmışıq. Artıq federasiyamıza kəsilən 50 min İsveçrə frankı məbləğindəki cərimənin (təxminən 53 min manat) 16 mini (təxminən 17 min manat) ödənilib. 34 min frank (36 min manat) borcumuz qalıb. Artıq ölkə başçısına da müraciət olunub. Cənab prezident də Gənclər və İdman Nazirliyinə tapşırıb ki, məsələ araşdırılsın. Federasiyadan maaşlarını tələb edənlər arasında ukraynalı və pakistanlı legionerlər və texniki işçilər də var. Federasiyadan o da bildirildi ki, məsələ ilə bağlı prezidentə müraciət olunub. Ölkə başçısı məsələnin araşdırılmasını Gənclər və İdman Nazirliyinə tapşırıb. Bilirik ki, Azərbaycan idman ölkəsidir. Dövlətin idmana olan qayğısı da yüksək səviyyədədir”.
Aygün İlqarqızı
-
Magazin105:45
Bu da Röya Ayxandan "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO
-
Sosial21 Dekabr 22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ
-
MDB21 Dekabr 21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."
-
Sosial21 Dekabr 20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ