Ərdoğan: “Kimsə bunu bizdən gözləməsin”
Bizi izləyin

Dünya

Ərdoğan: “Kimsə bunu bizdən gözləməsin”

“Heç kim bizdən sərhədin pozulmasına səssiz qalmağımızı gözləməsin”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın SU-24 təyyarəsinin vurulmasını şərh edərkən deyib.

“Yalnız öz təhlükəsizlik hüququmuzu qoruyuruq. Münasibətləri gərginləşdirmək kimi də bir düşüncəmiz yoxdur. Bayır Bucak türkman bölgəsində İŞİD-in olduğunu bildirirlər. Bayır Bucak türkmanlarının olduğu Lazikiyedə və şimalında İŞİD terror təşkilatı yoxdur. Kimsə kimsəni aldatmağa çalışmasın”, - Ərdoğan bildirib.

Prezidenti Suriya xalqının dincliyi və təhlükəsizliyi üçün Türkiyənin üzərinə düşənləri etməyə davam edəcəyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm