55 minlik çanta satışda - FOTO
Bizi izləyin

Dəb

55 minlik çanta satışda - FOTO

Fransız moda evi “Louis Vuitton” dünyanın ən bahalı çantasını istehsal edib.

Publika.az “Harpersbazaar.com” –a istinadən xəbər verir ki, timsah dərisindən hazırlanmış çantanın dəyəri 55 min dollardır.

Sözügedən moda evi çantanın bu qiymətə satılmasına səbəb kimi onun nadir timsah növündən hazırlanmasını göstərib. Onu da qeyd edək ki, çanta məhdud sayda buraxılıb. Onu almaq istəyənlər əvvəlcə saytda qeydiyyatdan keçməli olacaqlar. “Louis Vuitton”- un 55 minlik çanta modelini ancaq xüsusi sifarişlə əldə etmək mümkündür.

Ekspertlərin fikrincə, “LV” moda evi bununla bazarda dünyanın ən böyük lüks brendi sayılan “Hermes” moda evinin “Birkin” çanta modelini sıxışdırmaq niyyətindədir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm