Vurulduğu qadının şərəfinə kolleksiya hazırladı - FOTOLAR
Bizi izləyin

Dəb

Vurulduğu qadının şərəfinə kolleksiya hazırladı - FOTOLAR

Ayaqqabı və çantaları ilə məşhur olan “Christian Louboutin” moda evi 2016-ci il yaz-yay mövsümü üçün hazırladığı yeni kolleksiyasını təqdim edib.

Publika.az-ın dəb bölməsi xəbər verir ki, “Paloma” çanta modeli kolleksiyanın şah əsəridir. Bu çanta iki versiyada: həm kiçik, həm də böyük ölçüdə təqdim olunub.

Çantada iki cəlbedici elementdən eyni anda istifadə olunub. Belə ki, çantanı qırmızı rəng və bəbir naxışları bəzəyib.

Xüsusi qeyd etmək lazımdır ki, əfsanəvi dizayner yeni kolleksiyasını illər əvvəl vurulduğu ilk muzasına - Paris kabaresinin rəqqasəsinə həsr edib. Belə görünür, dizaynerin ilk eşqi baş tutmayıb. Yeni kolleksiya isə uzunömürlü olacağını vəd edir. Çünki xanımların yeni kolleksiyaya olan marağı çantaların ən azı bir neçə mövsüm gündəmdə olacağına zəmanət verir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm