Nida.az
Ermənistan PKK-nın Qarabağa yerləşməsinə icazə verdi – ŞOK
“Ermənistan işğal etdiyi Dağlıq Qarabağ və başqa ərazilərdə PKK və digər terror təşkilatlarını yerləşdirərək, qazanc əldə etmək istəyir”.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq
Qondarma Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri
Göksel Gülbey deyib.
Onun sözlərinə görə, Türkiyənin əməliyyatları qarşısında aciz qalan
PKK qərargah kimi istifadə etdiyi Qəndili Ermənistanın işğal etdiyi
Azərbaycan torpaqlarına köçürməyə başlayıb: “Azərbaycan Ordusu
işğal altındakı torpaqları geri almaq qüdrətindədir. Bunu anlayan
Ermənistan həmin ərazilərə öz əsgərini göndərmək istəmir. Əvəzində
PKK-ya yer verərək, onlardan Azərbaycana qarşı istifadə etmək
istəyir. Əslində, 1923-29-cu illərdə Rusiya hazırkı Dağlıq Qarabağ
ərazisində “Qızıl Kürdüstan Muxtariyyəti” quraraq, Azərbaycan,
Ermənistan və İranda yaşayan kürdləri ora yerləşdirdi. Rusiya və
Ermənistan vaxtilə bu ərazilərdə qurmaq istədiyi “Qızıl Kürdüstan
Muxtariyyəti”ni PKK-nın əli ilə yaratmaq niyyətindədir. Bunun
kürdlərə xeyri olmadığı kimi bölgədəki insanlara da zərəri
olacaq”.
G. Gülbey qeyd edib ki, Rusiya və Ermənistan kürdləri və PKK-nı
sevdiyi üçün deyil, Türkiyəyə qarşı istifadə etmək üçün yanlarına
alırlar.
“Qafqaz kürdləri bu oyunda yer almamalıdır. Türkiyə və Azərbaycan
bu məsələdə lazımi tədbirlər görməli, Rusiya və Ermənistanın bu
təhlükəli oyununa son qoymalıdır”, - deyə o bildirib.
Qeyd edək ki, ötən ay türkiyəli politoloq Ömür Çelikdönmez
Publika.az-a açıqlamasında PKK-nın Qəndili Dağlıq Qarabağa köçürmək
niyyətində olduğunu açıqlamışdı (http://publika.az/p/123592).
Asif Nərimanlı
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO