Bu cavabla könüllərdə taxt qurmuşdu - VİDEO
Bizi izləyin

İdman

Bu cavabla könüllərdə taxt qurmuşdu - VİDEO

Müalicə aldığı xəstəxanada dünyasını dəyişən əfsanəvi boksçu Məhəmməd Əli yüksək mənəvi keyfiyyətləri ilə də həmişə seçilib.

Publika.az xəbər verir ki, onun qatıldığı bir teleproqramda “mühafizəçin varmı?” sualına verdiyi cavabı indiyə kimi yaddan çıxmayıb.

“Bir mühafizəçim var. Gözləri olmasa da görə bilən, qulaqları olmasa da eşidə bilən, yaddaşı olmadan hər şeyi xatırlayan, bir şey yaratmaq istəyəndə yalnız “ol” deyən, ən gizli düşüncələri belə eşidə bilən. Onun kim olduğunu təxmin et. O Allahdır. O mənim mühafizəçimdir, o sənin mühafizəçindir”, - Məhəmməd Əli cavab vermişdi.

Qeyd edək ki, Məhəmməd Əli dünən 74 yaşında dünyasını dəyişib.

Bundan əvvəl onun vəziyyətinin kəskin pisləşdiyi və təcili olaraq xəstəxanaya yerləşdiyi barədə məlumat yayılmışdı. Həkimlər onun ölüm ayağında olduğunu bildirərək, heç bir proqnozla çıxış etmirdilər. O, həm də Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm