Yazarlar
Marketlərdə əcnəbi musiqi...?
Bakıda son illərdə nəhəng ticarət mərkəzləri fəaliyyətə başlayıb. İlk növbədə onu qeyd edim ki, bu obyektlərdə yüksək ticarət mədəniyyəti var.
Məni (eləcə də alış-verişə gələn alıcıları) bir məsələ rahatsız edir. Bu marketlərdə, o cümlədən 9-a mikrorayonun Mir Cəlal küçəsində yerləşən “Favorit” və “Safastore” ticarət mərkəzlərində fasləsiz olaraq əsasən xarici musiqilər verilir. Bu musiqilərin hədsiz səslə bütün salonda səsləndirilməsi əsəbləri qıcıqlandırır. Bura gələnin xəstəsi, qocası, əliuşaqlısı... var. Hətta bəzən musiqi o dərəcədə gur səsləndirilir ki, satıcıdan nəyisə soruşmaq üçün qışqırmalı olursan.
Digər tərəfdən, musiqinin yadlığı alıcıların əksəriyyətinin əsəblərini gərginləşdirir, hətta alış-verişə mane olur. Belə marketlərin adlarının əcnəbi tör-töküntüsü olması bir yana, axı alıcını nə üçün məcbur edirlər ki, yad musiqiyə qulaq assın?
Bu məsələ ilə bağlı təkcə market sahibləri deyil, əlaqədar rəsmi qurumlar da ciddi tədbirlər görməlidirlər.
İlham Rəhimli,
teatrşünas-tənqidçisi, jurnalist,
əməkdar incəsənət xadimi,
sənətşünaslıq doktoru, professor
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO