"Qəbələ" Gürcüstan komandasını darmadağın etdi - 5:1 - YENİLƏNİB
Bizi izləyin

İdman

"Qəbələ" Gürcüstan komandasını darmadağın etdi - 5:1 - YENİLƏNİB

“Neftçi” və “Qəbələ” bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Necə deyərlər, qulağımız Baltsanda, gözümüz “Bakcell Arena”da olacaq.

Publika.az xəbər verir ki, “Ağ-qaralar” səfərdə Maltanın “Baltsan” klubu ilə qarşılaşacaq. “Neftçi” növbəti mərhələyə adlamaq üçün səfər matçından sərfəli nəticəylə ayrılmağa çalışacaq. Nəzərə alaq ki, rəqib elə də güclü deyil. Bakı klubu səfər matçında ən azı heç-heçə etməlidir ki, evdə qazanacağı qələbəylə mərhələ keçsin.

“Qəbələ” isə yeni avrokubok mövsümünə Bakıda start verəcək. “Qırmızı-qaralar” Gürcüstan təmsilçisi “Samtredia” ilə qarşılaşacaq. Ötən avrokubok mövsümündə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qəbələ” həmin uğuru təkrarlamaq niyyətindədir. “Samtredia” isə 20 ildən sonra yenidən avrokuboklarda iştirak etmək hüququ qazanıb.

Avropa Liqası. 1-ci təsnifat mərhələsi, ilk oyun

30 iyun

20:00 Baltsan (Malta) - Neftçi (Azərbaycan) - 0:2

Qol: Rəhman Hacıyev, 15, Ruslan Qurbanov, 84 (penalti)

Hakimlər: Yovan Kaludjeroviç, Daniel Deviç, Vladan Todoroviç, Mileta Skepanoviç (hamısı Monteneqro)

UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)

Hakim-inspektor: Vaslav Krondl (Çexiya)

Paola. “Hibernians” stadionu

21:00 Qəbələ (Azərbaycan) - Samtredia (Gürcüstan) 5:1 (İkinci hissə)

Qol: Stankoviç 16, Zenyov 19,Teo Uiks, 31

Hakimlər: Denis Şerbakov, Dmitri Juk, Yuri Xomçenko, Sergey Tsinkeviç (hamısı Belarus)

UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan)

Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Bakı. 8-ci km qəsəbə stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm