Gecə yarısı “kriminal müzakirə”: Lənkəranski yaşayırmış və...
Bizi izləyin

Qırmızı.az

Gecə yarısı “kriminal müzakirə”: Lənkəranski yaşayırmış və...

Sonuncu dəfə Röya ilə Zamiqin ehtiraslı fotolarına bax-baxa qalmışdım. (http://publika.az/p/146556). Fikrim var idi ki, cəhənnəmə düşməmişdən əvvəl (http://publika.az/p/146573) Yer üzündə bir az cənnəti yaşayım.

“Fotocənnətdəydim” “Lənkəranski ölməyib” xəbərini alanda. Bu haqda məlumat elektron poçtumuza gəlmişdi. “Ya oxuculardan biridir, ya da kriminal aləmə yaxın olan hansısa mənbədir” deyə düşündüm. Sonuncu dəfə redaksiyamıza gələn qəfil zəngdən (http://publika.az/p/146588) sonra, görünür, dövran dəyişmiş, “qız axtaran” oxucularımız qəfil reinkarnasiya etmiş və “oğru dünyası”nın iyerarxiyasında pillə-pillə yüksəlməyə başlamışdılar.

“Rövşən Lənkəranski ölməyib, sağdır” (http://publika.az/p/147616) xəbəri də bu yüksəlişin bariz nümunəsi idi. Elektron poçta göndərilən məlumatın əslində Publika.az-dakı xəbərin “copu-past”ı olduğu da məlum məsələdir.

“Məlum məsələ”: leksikonumuzda tez-tez üz tutduğumuz ifadədir. Amma bu ifadədəki sözlərin hər biri ayrılıqda başqa mənalara gedib çıxır. Məqsədim sizə “Azdili-ədəbiyyat” dərsi (hamımız Azərbaycan dili və Ədəbiyyat fənninin adını belə qısaltmırıqmı?!) keçmək yox, son bir həftədə yaşadıqlarımıza işıq tutmaqdır. “İşıq tutmaqdır” deyəndə, mən nə öyüd-nəsihət verən ağsaqqalam, nə də “mantyor”. Sadəcə “məlum məsələ” üzərində bir az dayanmaq istəyirəm. Amma adətə xilaf çıxaraq, “məsələdən” başlayacam.

Məsələ ondadır ki, Lənkəranski öldürüləndən (http://publika.az/p/147023) sonrakı günlərin birində yolum “internet kafe”lərdən birinə düşmüşdü. Gecənin yarısı olardı. Yanımda oturan yeniyetmənin gecənin bu çağında “oğru aləmi”ndən bəhs edən videoçarxlara baxması, Lənkəranskinin həyatını araşdırması, “oğru qanunları”nı əzbərlləmələri, arada da gələn zənglərə “ana binanın girişindəyəm, indi gəlirəm evə” deməsi diqqətimi çəkdi. Yeniyetmənin bu marağının yaxşı, ya pis olmasını bilmirəm, amma qəliz məsələ olduğu ortadadır. Amma təəccüblənmədim, həm də gecənin yarısı mənə lazım idimi heç?! Çünki bizim millətin, xüsusilə gəncliyimizin belə marağının olması məlumdur.

Məlumdur ki, bizlər “kriminal aləmi” sevir, xüsusilə bir az da şişirdilmiş hekayələri dinləmək üçün ölürük. (http://publika.az/p/144191), (http://publika.az/p/107918).

Həftə ərzində oxucularımızın “Lənkəranskinin ölümü”, “Lənkəranskinin dəfni”, (http://publika.az/p/147141), avtoritetlərin ziyarətini (http://publika.az/p/147418) və saydıqca bitməyən “Lənkəranski xəbərlərini” (http://publika.az/p/147064), (http://publika.az/p/147089), (http://publika.az/p/147096), (http://publika.az/p/147101), (http://publika.az/p/147160), (http://publika.az/p/147192), (http://publika.az/p/147301) dönə-dönə oxuması da bu “məlumu” bir daha təsdiqlədi.

Məlumdur ki, Lənkəranski öldürüldü və nəşi doğma yurdu olan Lənkəranda dəfn olundu. Amma o da məlumdur ki, oxucularımız buna inanmaq istəmir. (http://publika.az/p/147616). (http://publika.az/p/147200). Bu xəbər isə sözün əsl mənasında “kəllə-çarxa” çıxdı.

Oxucularımızın həftə ərzində oxumaq üçün bir-birinə “kəllə atdıqları” xəbərlər arasında əsilzadə xanımların doğduğu döyüşçülər (http://publika.az/p/145154), Mübariz Tağıyevin ilin-günün bu vaxtında açdığı gizlinlər (http://publika.az/p/147673), aldadılaraq mülki əlindən alınan Xalq artistinin həyatı (http://publika.az/p/105337) və s. oldu.

Bu həftə şoka düşənlər də az olmadı. Şoka düşənlərin ikisi isə gündəm yaratdı. Biri Vatikan, o biri alimlər.

Deməli, İsa peyğəmbərin və ailəsinin məzarı tapılıb (http://publika.az/p/143141), bir də alimlər təzə qəbilə tapıblar (http://publika.az/p/147966). Vatikan inkvizisiya dövründən də əvvəl apardığı siyasətin iflası qorxusuna, alimlər isə yüz illərdir axtardıqları Kosmosun sirlərini adi bir qəbilənin min il öncədən bildiyinə görə şokdadırlar. Nə Vatikanın, nə də alimlərin şokdan ayıldıqlarını deyə bilmərəm.

Onu deyə bilərəm ki, həqiqətən də Sabir “əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməmişik” deyəndə bu günümüzə də ağlayırmış. Sabirin yanağından süzülən göz yaşları haqqı biz çox qəribə millətik. Camaat Kosmosdakı sirləri axtarır, biz bir-birimizlə dava edirik.

Flora Kərimova Zeynəb Xanlarovun səsinin olmadığını deyir, ona cavabda isə “dilini kəsmək lazımdır” deyə bildirilir. (http://publika.az/p/147947).

Rejissor Şeyx Əbdül də Milli Məclisimizin deputatı Araz Əlizadəni “döymək” istəyir. (http://publika.az/p/147886). Deputat da Şeyxi “razborkaya” çağırır. (http://publika.az/p/147896).

İndi bildinizmi, o “internet-kafedə” gecənin yarısı anasının aldadaraq, “kriminal aləmi”n sirlərinə vaqif olmaq üçün gözünü kor edən yeniyetmə kimdir?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm