Dünya
Türkiyə və türk siyasətçiləri ilə bağlı müdhiş PLAN- Ankara meri açıqlayır
Türkiyənin paytaxti Ankara şəhərinin meri olan Melih Gökçek Ədalət və İnkişaf Partiyasının (AKP) Beypazarı seçki bürosunun açılışında Qərbə yönəlmiş sərt açıqlamalar verib.
Publika.Az –ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bələdiyyə sədri ABŞ Türkiyədəki səfiri Françes Rikkardonu görüşə dəvət etdiyini və ölkəsində baş verənləri bir-bir anlatdğını bildirib.
Xatırladaq ki, ABŞ-ın Türkiyədəki səfiri 17 Dekabr “sui-istifadə əməliyyatı”ndan sonra "Halk bank”ın İranla əlaqələrinin kəsilməyini istədik dinləmədilər. Bir imperiyanın çökməsinə şahid olacaqsınız”, sözləri ilə gündəmə gəlmişdi.
M.Gökçek ölkəsindəki son hadisələrdə xarici qüvvələrin roluna toxunaraq “İstanbul 3-cü hava limanı, İstanbul kanalı, 3-cü boğaz körpüsü və 2 nüvə stansiyası ilə Türkiyə 60 katrilyon qazanc əldə edəcək. Xaricilərin ağlı başından çıxdı, Türkiyəni qarışdırmağa qərar verdilər. Türkiyədə “ergenokon”çular olduğu kimi Amerikada “neokon”lar var. “Neokon”lar Gəzi Parkı hadisələri ilə Türkiyəni qarışdırmağa çalışdılar”- söyləyib.
Ankara meri daha əvvəllər Gürcüstan, Misir, Serbiya və Əfqanıstanda xaos yaratdıqlarını, müvəffəq ola bilmədikləri tək ölkənin Türkiyə olduğunu bildirib:
“ABŞ-ın səfirini dəvət etdim. “Sizə hadisələrin əslində necə baş verdiyini izah edim” dedim. Sonda “dəhşətə düşdüm” dedi. “Noyabr-dekabr aylarında baş nazir Ərdoğan və AKP iqtidarı gedəcək” dediyini söylədim. “Kim söylədi?” dedi, “təkzib etsənə” dedim. Təkzib etmədi. 17 Dekabrdan sonra da “bir imperiyanın süqutunu müşahidə edəcəksiniz” dedi. Beynəlxalq qüvvələrin müdaxiləsinin olduğu dəqiqdir. Hər şey mütəşəkkil hazırlanıb”.
Türkiyədə koalisiya yaratmaq istədiklərin deyən M.Gökçek bildirib ki, Cümhuriyyət Xalq Partiyasını da sağçı kimi təqdim edərək iqtidara gətirməklə koalisiyaya ortaq etməyə çalışırlar. O, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalını da vəzifəsindən uzaqlaşdırmaq istədiklərini dilə gətirib.
Ömər Dağlı
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat