Dünya
Sahibsiz qalan türkmanlara İran əl uzadır – Geosiyasi mənzərə kimin xeyrinədir?
Şimali İraqda “İraq Şam İslam Dövləti” (İŞİD) terrorundan qaçaraq Türkiyə sərhədlərindən keçmək istəyən türkmanları geri qaytaran Ankara onları, həmçinin bölgədəki Osmanlı mirası hesab edilən bəktaşilər, şebekilər və kakailəri İranın qucağına atır.
Publika.az-ın türk mediasına istinadən xəbər verir ki, minlərlə türkman Habur sərhəd keçidində qalıb.
Pasportu olmadığı üçün onların sərhədi keçməsinə icazə verilmir.
Onlar arasında tanınmış türkman liderləri də var. Telaferdə şiə
türkmanlarının lideri Kasım Karanın özünün və birinci həyat
yoldaşının Türkiyə pasportu var, lakin uşaqları və digər həyat
yoldaşında bu yoxdur. Ankaraya zəng edib kömək istəsə də, heç nə
alınmır və geri qayıtmaq məcburiyyətində qalır.
İddialara görə, Şimali İraqda kürd bölgəsinə doğru irəliləyən
İŞİD-in üzərinə yağdırılan ABŞ bombaları Sincar, Telafer və Mosulda
yaşayan türkmanları da hədəfə alıb. Yüz minlərlə türkmanın evindən
didərgin düşdüyü barədə xəbərlər yayılıb. Türkiyə ictimaiyyəti isə
hökuməti türkmanlara dəstək verməməkdə ittiham edir.
“2011-ci ildən bu yana heç bir pasportu olmayan 1,5 milyon
suriyalıya sərhədləri açdınız, fələstinlilərə də bunu etdiniz. İndi
bir milyondan artıq soydaşımıza nə üçün sərhədi açmırsınız”
ittihamları daha çox səsləndirilir.
Türkmanlara pasport verməyən rəsmi Ankara sərhəddə qalan 500
türkman ailəsini Ərbil konsulluğuna getməyi tövsiyə edir. Çünki
Türkiyənin İraqdakı yeganə diplomatik təmsilçiliyi buradadır. Ərbil
isə hazırda ən təhlükəli yerlərdən biridir. Digər tərəfdən,
konsulluğa gedən türkmanlara pasport verilmir.
Ankara Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Kanbolad
bildirib ki, rəsmi Ankara şiə türkmanlarına qarşı ayrı-seçkilik
edir. Onun fikrincə, Türkiyənin bu addımının üç səbəbi var.
“Birincisi, Ankaranın siyasi dünyası İraqdakı şiəlikdən
ələvi-bəktaşiliyə dönüşü başa düşmür. İkincisi, Türkiyədəki ələvi
təşkilatların ələvi kimliyindən uzaq olmalarıdır. Yəni, daxili
siyasətə başlarının qarışmasıdır. Üçüncüsü, Türkiyədəki İraq
türkmanlarının təşkilatlarının sünni-Kərkük ağırlıqlı olması,
dövlət xaricində qərar vermək mexanizmlərinin olmamasıdır.
Nəticədə, Ankaranın bölgədə sahib çıxmadığı bu qruplara İran kimi
bölgənin digər gücləri əl uzadır”, - deyə türkiyəli analitik qeyd
edib.
Asif Nərimanlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı