Ukrayna ordusu Luqansk aeroportunu itirdi
Bizi izləyin

Dünya

Ukrayna ordusu Luqansk aeroportunu itirdi

Ukrayna hərbçiləri Luqansk şəhərinin aeroportundan geri çəkilib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko bildirib.

“Ukrayna hərbçiləri Luqansk aeroportundan Qeorqiyevki qəsəbəsi istiqamətinə geri çəkilmək barədə əmr alıblar”, - Lısenko deyib.

Antiterror güclərinin Luqansk aeroportuna hücum zamanı Rusiyanın 7 tankını məhv etdiyi xəbər verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm