"Əsirlərə bir şey olsa, "New York Times" xına qoyacaq"
Bizi izləyin

Dünya

"Əsirlərə bir şey olsa, "New York Times" xına qoyacaq"

"İnsafınız olsun! "Hacı Bayram"ın sümükləri sızlayır" Türkiyənin baş naziri Əhməd Davudoğlu "New York Times" qəzetini sərt tənqid edib.

Publika.com xəbər verir ki, Davudoğlu qəzetin Türkiyə haqqında yazdıqlarına cavab olaraq "Əsirlərimiz zərər görsə, onlar əllərinə xına yaxacaq" ifadəsini işlədib.

Davudoğlu Qərb mətbuatında Türkiyə əleyhinə çıxan xəbərlərlə bağlı çox sərt çıxış edib: "Türkiyəli İŞİD-çilərdən bəhs edirlərsə, onları öldürən İngilislərdən niyə danışmırlar? Diqqəti dağıtmaq istəyirlər. Biz bir şey demədiyimiz zamanda "Türkiyə İŞİD-i tənqid etmir" söyləmək sadəcə iyrənc oyundur.

Prezidentimizlə "Hacı Bayram" məscidində cumə namazı qıldıq. Çıxanda şəklimiz çəkildi. Mətbuat bu şəkli birinici səhifədə verir və yazır ki, Türkiyədə 1100 İŞİD üzvü var. "New York Times" isə "Davudoğlu ilə Ərdoğan İŞİD-in üzvlərini məscidə toplayaraq namaz qıldılar" yazır. İnsafınız olsun! "Hacı Bayram"ın sümükləri sızlayır. Bu mətbuat azadlığı deyil. Hər kəs öz bildiyini yaza bilməz".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm