İŞİD-lə bağlı bu görüntülər Türkiyəni ələ verdi - Video
Bizi izləyin

Dünya

İŞİD-lə bağlı bu görüntülər Türkiyəni ələ verdi - Video

"İMC" TV İŞİD-lə kürdlər arasında yaşanan qarşıdurmanı canlı yayımlayarkən bir görüntü kəskin müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, İŞİD üzvlərinin Türkiyə sərhəddindən Kobaniyə keçidi canlı yayımda görüntülənib. Görüntülərdə 4 İŞİD üzvü sərhəd xəttini qatar reyslərinin yerləşdiyi bir körpünün altından keçərkən əks olunub.

Qeyd edək ki, canlı olaraq yayımlanan qarşıdurma zamanı İŞİD kürdlər qarşısında davam gətirə bilməyib və nəzarətində olan kəndi tərk etmək məcburiyyətində qalıb.

Görüntülərlə bağlı açıqlama verən təhlükəsizlik qüvvələri bölgədə heç bir sərhəd pozuntusunun olmadığını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm