Hamburqda müqavilə imzalayıb, parlamentdə rinqə çıxdı, indi prezident olmağa hazırlaşır- VİDEO
Bizi izləyin

Dünya

Hamburqda müqavilə imzalayıb, parlamentdə rinqə çıxdı, indi prezident olmağa hazırlaşır- VİDEO

Təqvimə görə, fevralın 25-dən martın 30-dək namizədlər irəli sürülməlidir.

Bu gündən Ukraynada növbədənkənar prezident seçkisi – kampaniyanın ilk mərhələsi başlayır. Təqvimə görə, fevralın 25-dən martın 30-dək namizədlər irəli sürülməlidir. Sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim olunmasının son müddəti aprelin 4-dür.

Namizədin qeydiyyatdan keçməsi üçün 2,5 milyon qrivna (təqribən 220 min manat) seçki girovu qoyulmalıdır.

“Media forum” saytı xəbər verir ki, Ukrayna qanunları dairə və məntəqə seçki komissiyalarının hər namizəddən 2 nəfər prinsipi ilə formalaşdırılmasını nəzərdə tutur. 15 nəfərdən ibarət Mərkəzi Seçki Komissiyası isə 2007-ci ildə siyasi partiyaların parlamentdə təmsilçilik kvotası əsasında yaradılıb. Devrilmiş prezident Viktor Yanukoviçin Regionlar Partiyası MSK-da 10 nəfərlə təmsil olunur və qurumun tərkibinin dəyişdiriləcəyi istisna deyil.

Ukraynanın nüfuzlu “Korrespondent.net” saytının fevralın 25-də yaydığı xəbərdə prezident seçkisində iştirak edəcək potensial namizədlər sırasında UDAR partiyasının lideri Vitali Kliçkonun, xalq hərəkatının öncül şəxslərindən olan biznesmen Pyotr Poroşenkonun, “Batkivşina” parlament fraksiyasının rəhbəri Arseni Yatsenyukun, Azadlıq Partiyasının sədri Oleq Tyaqnibokun adları çəkilir.

Prezident seçkisi mayın 25-də keçiriləcək.

“Ukraynada prezidentliyə əsas namizədlər keçmiş baş nazir Yuliya Timoşenko, “Maydan” hərəkatında aparıcı rol oynayan məşhur boksçu, UDAR Partiyasının lideri Vitali Kliçko və 2004-cü ildə “narıncı inqilab”ın əsas liderlərindən olmuş Pyotr Poroşenkodur” – Kiyevdə yaşayan azərbaycanlı politoloq Xaqani Hüseynli “Media forum” saytına açıqlamasında belə deyib.

Bir şey aydındır ki, Ukraynada ötən ilin noyabrından başlamış ikinici “narıncı inqilab”ın əsas qəhrəmanı Vitali Kliçkodur. Publika.Az-da onun “İkinci taym” layihəsi çərçivəsində dərc edilmiş tərcümeyi-halnı kiçik düzəlişlərlə təkrar təqdim edirik.

Boksçu Vitali Kliçko 10 iyul 1971-ci il Qırğızıstanın Çuy vilayətinin Belovodsk kəndində anadan olub. Hazırda Ukrayna parlamentinin deputatıdır. Ağırçəkili boks üzrə dünya çempionun doktorant elmi dərəcəsi də var. Kliçko ağır çəkidə dünya boks kəmərini üçüncü dəfə qazanmaqla Məhəmməd Əli, Evander Holifild və Lennoks Levişdən sonra tarixə düşən dördüncü boksçu olub.

Kliçkonun atası Vladimir Radinoviç SSR Hava Yollarında işləyib. Anası isə Nadejda Ulyanovadır. Tam adı Vitali Viladimiroviç Kliçko olan keçmiş boksçu idmançı karyerasına ilk dəfə 13 yaşında başlayıb. O, idmana ilk addımlarını kikboksinqlə atıb. 6 qat dünya çempionu olan Vitali Kliçko, həmin uğurları iki dəfə həvəskar və 4 dəfə də peşəkar şəkildə təkrarlayıb. Daha sonra özünü boksda sınayan Kliçko çox keçmədən 3 dəfə Ukrayna çempionu olur.

Daha sonra ilk dəvə keçirilən “Dünya Ordu Oyunları” turnirində çempion kürsüsünə sahib çıxır. Ardından dünya boks çempionatının gümüş medalı ilə kifayətlənməli oldu. Həmin ili qızıl medalı həvəskar boksun ən güclü adlarından olan Aleksey Lezin qazanmışdı.

Peşəkar boksa başlayır

1996-cı ildə peşəkar boksa başlayan Kliçko arxasında həvəskar şəkildə qazandığı 195 qələbə, 15 qələbə, 80 nakaut buraxmışdı. Peşəkar halda keçirdiyi ilk 24 qarşılaşmanın hamısını matçın ilk dəqiqələrində nokaut və texniki nokaoutla qazanıb. Bu qələbələrin ardından özü kimi boksçu olan kiçik qardaşı ilə birlikdə Almaniyaya gəlir və burada Hamburq boks klubu ilə müqavilə imzalayırlar. Getdikcə məşhurlaşan qardaşlar ölkənin gəlir mənbəyi olmağa başlayır. Belə ki, keçirdikləri hər döyüşdən yüksək məbləğlər qazanmağa başlayırlar. Peşəkar boks karyerası boyunca idmançı 47 görüş keçrir. Bunun da 45-ni qələbə 2-ni isə məğlubiyyətlə tamamlayır. Peşəkar boksçu bu qələbələrdən 41-ni nokautla tamamlayıb. WB0, WBC və WBA kəmərlərinin sahibidir.

Mayk Taysonun məğlub olduğu rəqibi ilə qarşılaşır

Kliçko bir neçə dəfə Mayk Taysonu məğlub edən Lennoks Luisi rinqə çağırsa da, ondan heç bir cavab ala bilmirdi. Lakin 21 iyun 2003 tarixində növbəti rəqibi olan Sedrik Bosvellə keçirəcəyi matça hazırlaşarkən Lennoks Luisin meneceri idmançıya zəng edir. Və onun döyüşmək təklifini qəbul etdiklərini bildirir. Nəhayət, döyüş vaxtı gəlib çatır. Vitali rinqə “Hotel Colifornia” mahnısı ilə çıxır. Rəqibindən 9 sm uzun olan Vitalini güclü rəqabət gözləyirdi.

Matçın ilk 2 roundunu üstünlük əldə edən Vitali 3-cü hissədə rəqibindən aldığı “uppercut” zərbəsi (üzünə doğru altdan zərbə) ilə qaşı yarılır. Vitali yarışı davam etdirsə də, Luis bu üstünlükdən sonuna qədər yararlanır, zərbələrini həmin zədə üzərində işləyir. Qaşında yaranan çapığın güclü qanaxması dayandırıla bilməsə də 6-cı rounda qədər davam edən görüşü oradakı həkimlərin də təkidi ilə dayandırmalı olurlar. Beləliklə, döyüş 58-56 hesabla Luisin qələbəsi ilə yekunlaşır. Qarşılaşmanın sonu mübahisələrə yol açsa da, heç bir idmançının imicinə zərər gələ biləcək bir hadisə olmadı. Daha sonra Vitali bu matçın revanşını istəyir. Bu cavab görüşü təklifinə Luis ilk olaraq müsbət cavab verir: “Əgər pul yaxşı olsa, bu səfər də üzünün o biri tərəfini pozaram”-deyə cavab verib. Həmin ilin dekabr ayının 6-sı üçün cavab matçına hazırlaşan zaman L. Luis boksdan getdiyini karyerasını artıq başa vurduğunu elan edir.

Kliçkoların anası: “Oğullarım rinqdə olarkən televizora baxa bilmirəm. Çölə çıxıram, yolda gedərək telefon gözləyirəm. Ya Vitali ya da Vladimir zəng çalır və hər şeyin yolunda olduğunu söyləyirlər. Ancaq ondan sonra evə qayıda bilirəm”.

9 Noyabr 2005 ci il tarixində V. Kliçko rinqdən getdiyini açıqlayır. Onun idmandan getməsi boks camiə sının narazılığına səbəb olmuşdu. Lakin onun aldığı zədələr yenidən vurşmasına mane olurdu.

Siyasətə qoşulamağa çalışır

Boksu tərk etdikdən sonra siyasətə yer almağa çaılşan Kliçko UDAR (УДАР) Partiyası ilə girdiyi seçkilərdə ziyana uğrayır. (UDAR- Ukrainian Democratic Alliance for Reform, УДАР -Украинский демократический альянс за реформы) Rus dilindən zərbə anlamını verən bu partiya ilə boksçunun siyasətə qoşulmaq cəhdləri bir o qədər uğurlu olmur.

Yenidən boks qayıdır

Vitali 4,5il sonra yenidən rinqə qayıdır. Onun qayıdışdan sonrakı ilk döyüşü Cemil Makkline ilə olmalı idi. Lakin rəqibinin zədəli olması səbəbindən bu döyüş ləğv edilir. Buna baxmayaraq o yenidən verilən döyüşmək şansını dəyərləndirir və Samuel Peterin qarşısına çıxır. 9cu raunda az qala rəqibini nokauta uğradan kliçko bununla da karyerasında 3-cü dünya çempionluğunu qazanır.

Deputat Kliçko - UDAR

Ağır çəki üzrə boksda dünya çempionu olmuş V. Kliçko bu dəfə fərqli tərzdə özünü yenidən sınayır. Belə ki, o Ukraynada keçirilən parlament seçkilərində UDAR partiyasının başçısı kimi millət vəkili seçilir. Ukrayna Demokratik Alliyans və Reformalar partiyasının abreviyatürası UDAR, ukrain dilində “zərbə” anlamına gəlir.

Boyu iki metrdən yüksək olan idmançı seçki kampaniyası çərçivəsində Urkayna prezidenti Viktor Yanukoviç hökumətini korrupsiyada və öz tanışlarını vəzifələrə təyin etməkdə ittiham edib. İlkin seçki nəticələrindən sonra Kliçko müxalifətə keçəcəyini bildirir. Siyasi proseslər Kliçko üçün yenilik olmur. O, Kiyev meri olmaq üçün iki dəfə uğursuz cəhd edib. Öz internet saytında yaydığı bəyanatında siyasətə girməsinin əsas səbəbi kimi ölkəsinin daha yaxşı gələcəyə sahib olmaq istəyini göstərib. İdmançı deputat qonşu Şərqi Avropa dövlətlərinə nisbətən Ukraynanın geridə qalmaqda davam etdiyini bildirib. Ukrayna Rusiyadan sonra Sovet İttifaqından qopmuş ikinci ən böyük dövlət olduğunu qeyd edib.

Kliçkonun təhsili və elmi dərəcəsi dərəcəsi

1996-cı ildə Pereyaslav-Xmelnitski İnstitutu pedaqoji fakültəsinin məzunu olub. Kiyev Universitetindən isə 2000-ci ildə doktorant dərəcəsi alıb. Hobbisi İdmançınmın ən sevimili hobbisi şahmat oynamaqdır. Ailəsi 1996-cı ildə keçmiş idmançı və foto-model Natalya Yeqorova ilə ailə qurur. Onun bu evlilikdən 3 övladı: Yeqor Daniel, Elizabet Viktoriya və Maks adlı övladları dünyaya gəlib.

Yaratdığı xeyriyyə fondu

Bütün bunlardan əlavə o xeyriyyə kampaniyalarının keçirilməsində də qardaşı ilə birlikdə aktiv şəkildə çalışır. Belə ki, o bütün çıxışlarında uşaqları, gəncləri sağlam həyat, müharibədən uzaq həyat üçün səsləyib. Onun qardaşı ilə birlikdə yaratdığı Kliçko Fondu var. Həmçinin o uşaqlar üçün “Fight for Peace Academy”( Sülh üçün Döyüş Akademiyası) da açıb. Parlamentdə rinq qurdu 2012-ci ildə keçirilmiş seçkilərdə Ukrayna parlamentinə girən V. Kliçko, Kiyev Şəhər Şurası konfransında əsəbiləşərək ortalığı qarışdı. Şəhər Şurası konfransında müxalifət millət vəkilləriylə mübahisə edən məşhur boksçu, müzakirə sərtləşincə işi döyüşə buraxıb. Belə ki, 2 metr boyu olan boksçunun digər deputatları döymək cəhdinin qarşısı yoldaşları tərəfindən alınıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm