Dünya
Etirazçılar Ermənistan baş nazirinin də təklifini rədd etdilər - FOTOLAR
Elektrik enerji tariflərinin qaldırılması haqqında qərarın ləğv edilməsi tələbilə İrəvanın mərkəzində kütləvi etiraz aksiya iştirakçıları baş nazir Hovik Abrahamyanın yoxsul ailələrə təzminat vermək tələbini rədd ediblər.
Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, Ermənistan hökumət başçısı növbəti müşavirə əsnasında 105 min təminatsız ailələrin aylıq müavinətini 2000 dram (təxminən 4,2 dollar) artırmaq qərarı qəbul olunduğunu bəyan edib.
Ermənistan baş naziri elektrik enerji tariflərinin qaldırılması zəruriliyini su elektrik stansiyalarının işlinin təmin olunması üçün su azlığı, atom elektrik stansiyasının plan üzrə nəzərdə tutulduğundan çox dayanması və Ermənistan milli valyutası, dramın, son üç ay ərzində təxminən 20 faiz dəyərsizləşməsi ilə izah edib.
“Talana yox!” təşəbbüs qrupunun fəalları isə baş nazirin izahatını əsassız adlandırıblar və tələbləri yerinə yetirilməyincə etiraz aksiyalarının davam edəcəyini bəyan ediblər.
Xatırladaq ki, avqustun 1-dən, Ermənistan İctimai Xidmətləri Nizamlayan Komissiyanın qərarı ilə, elektrik enerjinin tarifləri təxminən 7 dram (16 faiz) qalxmalıdır.
Vasif Həsənli
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək







































