Amerikalılar Putinin dediklərini təsdiqlədi - ŞOK ETİRAF
Bizi izləyin

ABŞ

Amerikalılar Putinin dediklərini təsdiqlədi - ŞOK ETİRAF

Rusiya və Çin hipersəsli silahın hazırlamasında ABŞ-ı qabaqlayır.

Publika.az “The Hill” nəşrinə istinadən xəbər verir ki, Amerika hərbçiləri və Konqres üzvləri belə hesab edirlər.

“Bu dəqiqə biz müdafiəsizik”, - ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin üzvü Ceyms İnxof bildirib.

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSIS) əməkdaşı, hava hücumundan müdafiə sahəsində ekspert Tomas Karako həmçinin, onunla razılaşıb ki, ABŞ bu sferada Rusiya və Çindən geri qalır.

Daha əvvəl general ABŞ-ın Silahlı Qüvvələrinin Strateji komandanlığının başçısı Con Hayten Konqresdə çıxışında etiraf edib ki, Birləşmiş Ştatlarda hipersəsli silahdan bilavasitə müdafiə vasitəsi yoxdur.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin martın 1-də Federasiya Şurasına illik müraciətində Rusiya silahlarının ən yeni nümunələrini, o cümlədən hipersəsli silahı nümayiş etdirib. O vurğuladı ki, təqdim edilmiş silahlar dünyada analoqlara malik deyil və “istənilən təcavüzkarı ayıltmağa” hazırdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Putin, “Xəncər” hipersəsli aviasiya-raket kompleksinin yaradıldığını elan edib və bu sistemin sınağının keçirilmə kadrları təqdim edilib. Onun sözlərinə görə, daşıyıcı təyyarələrin xüsusiyyətləri raketi dəqiqələr ərzində atış nöqtəsinə çatdırmağa imkan verir. Hipersəslə (səs sürətini on dəfə keçir) uçan raket trayektoriyanın bütün sahələrində manevr həyata keçirə bilər.

Putinin danışdığı digər hipersəsli silahdan biri də perspektivli strateji raket kompleksi olan “Avanqard”dır. Putinin sözlərinə görə, raket uğurla sınaqdan keçirilib və Rusiya sənayesi onun seriya buxarılışlarına başlayıb. Rusiya prezidenti əlavə edib ki, bu raketlər atmosferin sıx qatlarında hipersəsli sürətlə qitələrarası məsafəni qət edə bilər.

“Avanqard”ın qanadlı bloku trayektoriyadan 1000 kilometr ayrılaraq manevr həyata keçirmək qabiliyyətinə malikdir ki, bu da onu istənilən növ raket əleyhinə sistemlər üçün görünməz edir. Putin deyib ki, zərbə bloku hədəfə “meteorit, yanan şar” kimi uçur.

Ekspertlərin fikrincə, Rusiyada hipersəsli silahın meydana çıxması ABŞ-ın bütün hava hücumundan müdafiə sistemini faydasız edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm