ABŞ
ABŞ-da növbəti İSTEFA ANONSU
ABŞ prezidenti Donald Tramp maliyyə naziri Stiven Mnuçini istefaya göndərməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu haqda vəziyyətlə tanış mənbə CNN telekanalına bildirib.
Onun sözlərinə görə, Maliyyə Nazirliyinin başçısı əsas birja indekslərinin azalmasına görə qəzəbə düçar olub. Xüsusi halda, Milad ərəfəsində ABŞ-ın sənaye indeksi “Dow Jones Industrial Average”nin indeksi 653 bənd azalıb. Trampı sakitləşdirmək üçün nazirin köməkçiləri var gücü ilə iqtisadi məlumatları tapmağa çalışsalar da, prezident Mnuçinin izahatlarından narazı qalıb.
Xatırladaq ki, dekabrın 20-də Pentaqonun başçısı Ceyms Mettis istefa haqqında məktubu Trampa verib. Sənəddən göründüyü kimi, Mettisin qərarı prezidentlə yaranmış fikir ayrılıqları, xüsusi halda, Amerika qoşunlarının Suriyanı tərk etməsi ilə bağlıdır.
Daha sonra isə Suriya üzrə koalisiyada ABŞ-ın xüsusi nümayəndəsi Bret Makqerk Amerika qoşunlarının Suriyanı tərk etməsinə etiraz olaraq istefa qərarını qəbul edib.
Noyabrın 7-də isə ABŞ-ın baş prokuroru Ceff Seşns Tramp istefa haqqında ərizəni verib. BBC-nin məlumatına görə, Seşns prezidentin tələbinə görə vəzifəsini tərk edib.
Ömər
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
Avropa14:57Almaniya DİN-dən iğtişaşlara görə sərt cəza vədi
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi





















.jpg)












.jpg)
