ABŞ
ABŞ QORXU İÇİNDƏDİR: Müharibə başlasa Rusiya...
Rusiyanın istehsal etdiyi səsdən sürətli “Avanqard” strateji raket sistemi ABŞ-da qorxu ilə qarşılanıb.
Publika.az xəbər verir ki, nüvə və ənənəvi başlıq daşıya bilən “Avanqard”a qarşı ABŞ-ın müdafiəsiz olduğu bildirilib.
“National Interest” dərgisinin məqaləsinə görə, ABŞ bu raketin qarşısını almaq potensialına malik deyil. Dərginin xəbərində ABŞ Strateji Qüvvələrinin (STRATCOM) komandiri Con Haytenin “bu silahın bizə qarşı istifadəsinin qarşısını ala biləcək heç bir müdafiə sisteminə sahib deyilik” sözlərinə də yer verilib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Dərgi qeyd edib ki, Rusiya 2019-cu ildə bu sistemi orduya verməsi ilə səsdən sürətli silah yarışında ABŞ və Çini geridə qoyacaq.

“Washington Examiner” də “Avanqard”ın ABŞ ordusunun malik olduğu bütün səsdən sürətli sistemlərindən üstün olduğunu yazıb. Lakin dərgi Rusiyanın lojistik dəstək və təşkilatçılıqda Amerikadan geridə olduğunu qeyd edib. Həmçinin, bildirilib ki, müharibə başlasa, ABŞ mülki insanların itkilərinə rəğmən, qalib gələ bilər. Lakin Rusiya silah sayında ABŞ-ı yenə geridə qoyur.
CNBC televiziyası ABŞ kəşfiyyatına istinadən verdiyi xəbərində yeni rus silahının üstün manevrlərinə sahib və qarşısıalınmaz olduğunu çatdırıb.
Zümrüd
-
İdman22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?










.jpg)




.jpg)








.jpg)



.jpg)







