ABŞ
Makron və Tramp RAZILAŞDI: Rusiyanı 2020-ci ildə...
ABŞ prezidenti Donald Tramp 2020-ci ildə “Böyük yeddilik” (G7) sammitinə Rusiyanın çağırılması ilə bağlı fransalı həmkarı Emmanuel Makronun təklifiylə razılaşıb.
Publika.az xəbər verir ki, bu haqda Ağ Evin yüksəkvəzifəli nümayəndəsinə istinadən CNN telekanalı bildirib.
Telekanalın həmsöhbəti izah edib ki, çərşənbə axşamı – avqustun 20-də Tramp və Makron zəngləşiblər və ümumi fikirə gəliblər ki, ABŞ-da keçiriləcək G7-nin növbəti sammitində Rusiyanı görmək istəyirlər. Gözlənilir ki, Tramp bu istirahət günlərində Fransada keçiriləcək G7 sammitində başqa dünya liderləri ilə mövzunu müzakirə edəcək.
Xatırladaq ki, ötən gün ABŞ prezidenti yenidən Rusiyanın G8-ə (Böyük səkkizlik -red) qayıtması təklifi ilə çıxış edib. Tramp bildirib ki, Rusiyanın G8-ə qaytarılmasına etiraz etməyəcək.
"Mən düşünürəm, Rusiyanın G8-də olmasl daha məqsədəuyğun olardı", - deyə Ağ Evin başçısı Vaşinqtonda Rumıniya prezidenti Klaus Yohannislə görüşü zamanı jurnalistlərə bildirib.
Tramp qeyd edib ki, Rusiya ABŞ prezidenti Barak Obamanın vaxtında G8-dən çıxarılmışdı, çünki Rusiya lideri Vladimir Putin onu aldadıb.
Xatırladaq ki, 2014-cü ildə Krımın ilhaqı və Donbas münaqişəsindən sonra Rusiya G8-dən çıxarılıb.
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman23 İyul 22:24Mahir debüt oyununda qol vurdu
-
Hadisə23 İyul 21:36Xankəndidə kafe yandı, işçilər xəsarət aldı
-
İdman23 İyul 21:12Devid Bekhemin başındakı keçəlləşmə ajiotaj yaratdı - FOTO
-
Magazin123 İyul 20:48Aygün Bəylərin bacısı soyadını dəyişdi - VİDEO


















.png)


.jpg)
.jpg)












