ABŞ
Trampdan XOŞ XƏBƏR: "Peyvənd bir neçə həftə sonra hazır ola bilər"
Amerika Birləşmiş Ştatlarının (ABŞ) COVID-19 peyvəndi bir neçə həftə sonra hazır ola bilər.
Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp ABC telekanalına bildirib.
"Ola bilsin, əvvəlki administrasiyaya peyvəndi almaq üçün illər lazım gələrdi. Amma onu almaq üçün bizim bir neçə həftəmiz qaldı. Bu, üç-dörd həftə ola bilər", - o deyib.
"Bizim çox gözəl şirkətlərimiz var və onlar (peyvəndin alınmasına-red) çox, çox yaxındır", - Tramp əlavə edib.
Birləşmiş Ştatlar hökuməti daha əvvəl İngiltərə-İsveç əczaçılıq şirkəti “AstraZeneca”ya peyvəndin hazırlanması üçün 1,2 milyard ABŞ dolları ayırıb, bundan əlavə, Vaşinqton rəhbərliyi Amerikanın “Moderna” biotexnologiya şirkətinə 486 milyon ABŞ dolları və “Johnson & Johnson“ əczaçılıq şirkətinə 456 milyon ABŞ dolları ayırıb.
“Merck” və “Pfizer” də eyni vaxtda ABŞ-da koronavirus peyvəndi hazırlayırlar. Ağ Evin məlumatlna görə, ölkə rəhbərliyi bu layihələrə ümumilikdə 12 milyard ABŞ dolları sərmayə qoyub
-
Magazin117:40Rəqsanənin Gəncədəki konserti ləğv olundu
-
Hadisə17:35Bakıda köməksiz vəziyyətdə qalan uşaqlar belə xilas edildi - Video
-
Yaxın Şərq17:30İsrailə yeni raket hücumları başladı
-
Hadisə17:0060 əcnəbi İrandan Azərbaycana təxliyə olundu
-
Ekologiya16:40Hava kəskin dəyişəcək - Xəbərdarlıq
-
Sosial16:05Əmircanda bir qrup sakin niyə evlərindən çıxarıldı? - Foto
-
ABŞ14:35Tramp Obamanın İran siyasətini belə ələ saldı - Foto
-
Sosial14:10Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...



































