ABŞ
ABŞ İranın nüvə stansiyalarını vurmaq üçün bombardmançılarını göndərib - İDDİA
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Yaxın Şərqə B-52H tipli strateji bombardman təyyarələri göndərdiyini açıqlamışdı. Təyyarələrin hansı ölkədə xidmət göstərəcəyinə dair isə detallar bildirilməmişdi.
Publika.az xəbər verir ki, bu açıqlamanın Prezident Donald Trampın İranın nüvə stansiyalarını vurmaq istədiyi, lakin səlahiyyətli şəxslər tərəfindən ciddi nəticələr doğuracağı xəbərdarlıqları səbəbilə bu qərardan vaz keçdiyi iddiasından dərhal sonra gəlməsi diqqət çəkir.
İddialara görə, bombardman təyyarələri İranın nüvə müəssisələrini vurmaq üçün göndərilib.
Qeyd edək ki, açıqlamada bu fikirlərə yer verilib: “Şimali Dakota əyalətindəki Minot Hərbi Hava Qüvvələri Bazasındakı 5-ci Bombardman Qanadına verilən ABŞ Hərbi Hava Qüvvələrinin B-52H heyəti təcavüzkarlığa nəzarət və ABŞ-ın bölgədəki müttəfiqlərinə dəstək üçün 21 noyabrda Yaxın Şərqə uzunmənzilli uçuş gerçəkləşdirib”.
Bundan əlavə, Donald Tramp Administrasiyası hakimiyyətdən getməzdən əvvəl İrana qarşı Birləşmiş Ərəb Əmirliklərinə 23 milyard dollar dəyərində silah satışı üçün hərəkətə keçib. Dövlət katibi Mayk Pompeo satışa icazə verdiklərini bildirib. İki ölkə arasındakı satış razılaşmasında 50 ədəd F-35 təyyarələri yer alıb. Əlavə olaraq, 18 ədəd silahlı pilotsuz uçuş aparatı da satılacaq.
Zümrüd
-
Ekologiya10:36Qubaya qar yağdı
-
İqtisadi gündəm10:12Şirin bazarın acı rəqabəti: Yerli xammal üstünlüyü var, amma...
-
MDB09:55Rusiya: Tokionun remilitarizasiyasına cavab tədbirləri görəcəyik!
-
ABŞ09:28İrana yeni hücum planlaşdırılır? - ABŞ rəsmiləri bir neçə saatlıq gizli görüş keçirdilər
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz











.jpg)


















.jpg)

