ABŞ
ABŞ Yaxın Şərqdən "Patriot"ları çıxarır
Cəmi bir neçə həftə əvvəl Səudiyyə hökuməti ABŞ-dan husilərə və ya İranın potensial hücumuna qarşı onları müdafiə etməsini istədi; indi Pentaqon səudiyyəlilərin Yəmən müharibəsində müdafiə ehtiyaclarının çox hissəsini öz üzərinə götürə biləcəyini bəyan etdi.
Birləşmiş Ştatlar artıq Yaxın Şərq ölkələrinin bəzilərindən Hava Hücumundan Müdafiə (HHM) Qüvvələrinin bir hissəsini çıxarmağa başlayıb. Onlar texniki xidmətin göstərilməsi üçün yenidən ABŞ-a gətirilir. Publika.az "Sputnik International"a istinadla xəbər verir ki, bu məlumatı "Wall Street Journal" (WSJ) nəşri cümə günü yayıb.
Nəşr ABŞ administrasiyasında olan mənbələrə istinadən yazır ki, MIM-104 "Patriot" hava hücumundan müdafiə sistemlərinin bir neçə batareyası İraq, Küveyt, İordaniya və Səudiyyə Ərəbistanından artıq çıxardılıb və ən azı bir ədəd Terminal Yüksək Hündürlük Müdafiə (THAAD) sistemi Səudiyyə Ərəbistanından çıxardılır. Bundan əlavə, qeyd olunur ki, qırıcı eskadrilyaları da çıxardılacaq.
Ümumilikdə "Patriot"lara texniki xidmət göstərən yüzlərlə hərbçi geri çağırılacaq. Geri göndəriləcək texnikalar siyahısında "Patriot"ların radar, döyüşlərin idarə olunması stansiyası, antenna qrupu, elektrik güc qurğusu və 16 ayrı-ayrılıqda raket buraxılış qurğuları da ola bilər. THAAD-ın hər batareyasına taktik əməliyyatların iki mobil mərkəzi, güclü yerüstü radar və raketlərin işə salınmasının ən azı altı sistemi daxildir.
Bildirilir ki, apreldə HHM sistemlərinin yerinin dəyişdirilməsi məsələsi nəzərdən keçirilib və həmin vaxt WSJ vurğulayırdı ki, Pentaqon Səudiyyə ərəblərinin öz müdafiələrinə dair üzərlərinə daha çox məsuliyyət götürəcəklərinə ümid edir.
Birləşmiş Ştatların Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi cümə günü bildirib ki, geri çəkilmə nəticəsində ABŞ, Tramp Administrasiyasının siyasətinə görə İranla illərdir yaşanan gərginlikdən və Səudiyyə ərəbləri və müttəfiqləri tərəfindən Yəməndə qızğın müharibədən sonra bölgədəki ənənəvi mövqeyinə qayıdır. Ər-Riyadın Yəməndə üsyançı husilərə qarşı başlatdığı müharibənin davam etməsinə baxmayaraq, son həftələr Bayden administrasiyası İranın Altılıq ölkələri ilə imzaladığı nüvə razılaşmasına qayıtmasına dair danışıqlarda əhəmiyyətli uğurlara nail olub.
Nüvə razılaşması nəticəsində İran onun iqtisadiyyatına qoyulan beynəlxalq sanksiyaların azaldılması qarşılığında öz nüvə proqramından imtina edirdi. Əvvəlki ABŞ Prezidenti Donald Tramp İranın nüvə razılaşmasını gizli pozduğunu bəyan edərək, bu razılaşmadan çıxdı və birtərəfli qaydada sanksiyalar tətbiq etdi və müttəfiqləri ona hörmət etməyə çağırdı. Buna cavab olaraq İran nüvənin zənginləşdirilməsi həcmlərini artıraraq götürdüyü öhdəliklərdən kənarlaşmağa başladı.
Lakin geri çəkilmə ABŞ Mərkəzi Komandanlığının başçısı ABŞ Dəniz Qüvvələri generalı Kennet F.McKenzie Jr.-in bir neçə həftə əvvəl verdiyi açıqlamaları ilə ziddiyyət təşkil edir.
McKenzie, 23 mayda Ər-Riyaddakı jurnalistlərə açıqlamasında bildirmişdi ki, səudiyyəlilərin "İranın hücumlarına məruz qaldıqları təqdirdə onlara kömək olunacağına dair bəyanatlar, açıqlamalar və davam edən hücumlara qarşı kömək istəyir... Yəmən tərəfindən müxtəlif ballistik raketlər, qanadlı raketlər və kiçik PUA-lar vasitəsilə davamlı bombardmana məruz qaldıqlarını və bunun onları narahat etdiyini vurğulayırlar".
"Mən əminəm ki, bizim mövqeyimiz İran tərəfindən hücumun qarşısını aldı", - deyə ABŞ Mərkəzi Komandanlığının başçısı əlavə edib.
Geri çəkilməyə baxmayaraq on minlərlə ABŞ əsgəri Yaxın Şərq regionunda qalacaq. Onlardan ən azı 2500-ü İraqda qalacaq. Belə ki, Bağdad və Vaşinqton bu ölkədə olan ABŞ hərbçilərinin sayının iki dəfəyə qədər azalmasına dair razılığa gəliblər, lakin bu azalmanın nə vaxt əldə olunacağına dair konkret bir tarix yoxdur.
Yaxın Şərq regionunda ABŞ hərbçilərinin yerdəyişməsi, Pentaqonun 20 ilə yaxın strateji düşüncəsini təşkil edən terrorla müharibə ideyasından uzaqlaşaraq, Rusiya və Çin ilə "böyük güc qarşıdurması" adlandırdığı istiqamətə doğru irəlilədiyinin göstəricisi, həmçinin dünyanın dörd bir tərəfində ABŞ əsgərlərini əhatə edən daha böyük bir yenidən yerləşdirmə planının bir hissəsidir. "Patriot"lar və THAAD-ların isə təmir edildikdən sonra hara göndəriləcəyi bəlli deyil.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO