ABŞ
ABŞ-dakı səfirliyimizin avtomobilinə bu silahdan atəş açılıb - TƏSDİQLƏNDİ
“ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycanın Vaşinqtondakı səfirliyində dəvət olunub. Diplomatik korpusun təhlükəsizlik kameraları izlənilib. Səfirliyinin xidməti avtomobilinə pnevmatik odlu silahdan (BB Gun) atəş açıldığı təsdiqlənib və araşdırma davam edir”.
Publika.az xəbər verir ki, unu “Report”a açıqlamasında Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev deyib.
Diplomat bildirib ki, hadisə oktyabrın 10-dan 11-nə keçən ABŞ vaxtilə gecə saat 00:16-da baş verib və xoşbəxtlikdən xidməti avtomobildə heç kim olmayıb: “Xidməti zərurətlə əlaqədar səfirliyin əməkdaşları səfirlik binasına gəliblər. Binanın içinə daxil olduqdan bir neçə dəqiqə sonra əməkdaşlarımız silah səsi eşidiblər və dərhal çölə çıxanda maşının şüşəsinin qırıldığını aşkar ediblər. Diplomatlarımız dərhal tədbirlər görməyə başlayıb və xüsusi xidmət orqanlarının əməkdaşlarını hadisə yerinə çağırıb. Onlar təhlükəsizlik kameralarını izləyiblər və dəlilləri götürüblər. Hadisə yerində mərmi aşkar edilməyib və məlum olub ki, xidməti avtomobilə pnevmatik odlu silahdan atəş açılıb”.
T.Əliyev deyib ki, videogörüntülərdə hadisəni törədən şəxsin səfirliyin önünə yaxınlaşan bir avtomobilin sürücüsü olduğu müəyyən olunub: “Videogörüntülərdə hava çox qaranlıq olduğu üçün hadisəni törədən şəxsin və şəxslərin üzü tam görünmür. Hələ ki bu mənfur cinayətin ermənilər tərəfindən törədilməsini əsas gətirən bir dəlil yoxdur. Onların son vaxtlar səfirlik binasını hədəf almasından yola çıxaraq bu təcavüzün ermənilər tərəfindən törədildiyini düşünürük”.
Diplomat bildirib ki, baş verənlər barəsində ABŞ Dövlət Departamentinə də məlumat verilib: “Məsələ ilə bağlı ABŞ Dövlət Departamentinə və ABŞ Dövlət Təhlükəsizlik Xidmətinə məlumatlar verilib. Bizim tərəfimizdən bütün lazımı materiallar, kamera görüntüləri müvafiq qurumlara təqdim olunub və tədqiqat işinin açılması və nəticəsi barəsində səfirliyin məlumatlandırılması istənilib. Onlar da, öz növbəsində, baş verənlərdən dərin narahatlıq keçirdiklərini dilə gətiriblər. Bundan başqa, müvafiq qurumlardan səfirlik binasının təhlükəsizliyinin təmin olunması tələb olunub. Ancaq, təəssüf ki, bununla bağlı hələ ki heç bir tədbir görülməyib. Tədqiqat işləri davam edir və nəticələr barədə ictimayyətə məlumat veriləcək”.
Qeyd edək ki, oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın ABŞ-dakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb.
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO









.jpg)

















.jpg)
.jpg)









