ABŞ
ABŞ tezliklə Ukraynaya "Patriot" verəcək
ABŞ prezident administrasiyası "Patriot" zenit-raket komplekslərini Ukraynaya təhvil verməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə CNN anonim yüksək vəzifəli məmurlara istinadla xəbər verir.
Bildirilib ki, bununla bağlı qərar bu həftə verilə bilər.
Pentaqonun planı imza üçün prezident Co Baydenə göndərilməzdən əvvəl hələ də müdafiə naziri Lloyd Austin tərəfindən təsdiqlənməlidir. Üç məmur CNN-ə təsdiqin gözlənildiyini bildirib.
CNN həmsöhbətləri Ukraynanın nə qədər qurğu əldə edə biləcəyini açıqlamayıblar.
Əgər Ukrayna həqiqətən də “Patriot” alsa, bu, müttəfiqlərin ukraynalılara təhvil verdiyi ən güclü və təkmil raket əleyhinə silah olacaq.
“Patriot” buraxılış qurğuları müxtəlif modifikasiyalı raketləri, o cümlədən 80 km-ə qədər məsafədə və 20 km yüksəklikdə hədəfləri vura bilən raketləri yükləyə bilir. Sistem səsdən yüksək sürətlə uçan hədəfləri məhv etmək üçün nəzərdə tutulub və eyni zamanda 125-ə qədər hədəfi izləyə və onlardan altısına raketləri yönəldə bilir.
Ukrayna uzun müddətdir və israrla Qərb müttəfiqlərindən ona "Patriot" kimi Rusiya raketlərinə qarşı güclü müdafiə vasitəsi vermələrini xahiş edib.
Hüseyn İbadlı
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)

















.jpg)

.jpg)
