ABŞ
ABŞ Ukraynanın ən böyük istəyinə CAVAB VERDİ: 80 km uzaqda olan hədəflər VURULACAQ
ABŞ Ukraynaya “Patriot” zenit-raket komplekslərinin daxil olduğu 1,8 milyard dollar həcmində hərbi yardım göndərəcək.
Publika.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yazılı bəyanatında bildirilib.
Məlumata görə, yardımın 1 milyardı ABŞ Dövlət Departamenti, 850 milyon dollar isə Pentaqon vasitəsilə ayrılacaq.
Həmçinin Ağ evin mətbuat xidməti ABŞ Prezidentinin Kiyevə 1 milyard dollar vəsaitin ayrılması haqqında sərəncamını dərc edib.
“Patriot”, müttəfiqlərin ukraynalılara təhvil verdiyi ən güclü və təkmil raket əleyhinə silahdır.
“Patriot” buraxılış qurğuları müxtəlif modifikasiyalı raketləri, o cümlədən 80 km-ə qədər məsafədə və 20 km yüksəklikdə hədəfləri vura bilən raketləri yükləyə bilir. Sistem səsdən yüksək sürətlə uçan hədəfləri məhv etmək üçün nəzərdə tutulub və eyni zamanda 125-ə qədər hədəfi izləyə və onlardan altısına raketləri yönəldə bilir.
Qeyd edək ki, Ukrayna uzun müddətdir və israrla Qərb müttəfiqlərindən ona "Patriot" kimi Rusiya raketlərinə qarşı güclü müdafiə vasitəsi vermələrini xahiş edib.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
