ABŞ
“Şimal axını”ndakı partlayışın şok səbəbi: ABŞ Almaniyaya etibar etmədiyi üçün...
“Şimal axını” qaz kəmərlərinin təxribatını araşdıran amerikalı jurnalist Seymur Herş hesab edir ki, ABŞ Almaniyaya etimadsızlıq ucbatından boru kəmərlərini partladıb.
“Məncə, bu qərarın səbəbi müharibənin Qərb üçün o qədər də yaxşı getməməsi və qışın yaxınlaşmasından qorxması idi. “Şimal axını 2” beynəlxalq sanksiyalarla deyil, Almaniyanın özü tərəfindən dayandırılıb və Birləşmiş Ştatlar Almaniyanın soyuq qışa görə sanksiyaları ləğv edəcəyindən ehtiyat edirdi”, - Herş müsahibəsi zamanı bildirib.
Publika.az xəbər verir ki, Herşin sözlərinə görə, Ağ Ev komandasına aydın idi ki, onlar C4 adlı “inanılmaz dərəcədə güclü” partlayıcıdan istifadə etməklə boru kəmərlərini partlada bilərlər: “Sualtı sonar alətlərindən istifadə etməklə, dağıdılma uzaqdan idarə oluna bilərdi. Yanvarın əvvəlində bu variant Ağ Evə bildirilmişdi”,- deyə o vurğulayıb.
Jurnalist xatırladıb ki, ABŞ prezidenti Co Bayden 7 fevral 2022-ci ildə Almaniya kansleri ilə birgə mətbuat konfransı keçirərkən deyib ki, "biz bunu edə bilərik". C.Bayden daha sonra açıq şəkildə bəyan edib ki, Ukraynaya hücum olarsa, “Şimal axını” olmayacaq.
Herşin sözlərinə görə, əməliyyat çox məxfi olub və prezident ABŞ-ın imkanları barədə heç kimə açıqlama verməməli idi, lakin o, danışmağı xoşlayır və bəzən deməməli olduğu şeyləri deyir.
“Əvvəlcə planlaşdırılıb ki, partlayış yayda həyata keçirilsin, lakin sonra Bayden fikrini dəyişərək sentyabr ayına qədər təxirə salıb. Bəlkə Ukraynaya dəstəyi dayandırmaqdansa, Almaniyanın dondurulmasını görməyə üstünlük verir. Co Baydenin gecikməsi səbəbindən 2Şimal axını"nın altına qoyulan səkkiz bombadan yalnız altısı işə yarayıb, çünki bombalar çox uzun müddət suyun altında qalıb”,- deyə Herş iddia edib.
Ayşən
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq















.jpg)
.jpg)



















