Bayden özünü təriflədi, Kissincerlə müqayisə etdi
Bizi izləyin

ABŞ

Bayden özünü təriflədi, Kissincerlə müqayisə etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden, diplomatiya sayəsində Henri Kissincer də daxil olmaqla heç kimdən geri qalmadığını söyləyərək, özünün xeyli tərifləyib.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Düşünürəm ki, Amerikanın xarici siyasəti haqqında Kissincer də daxil olmaqla onlar qədər çox şey bilirəm",- Bayden deyib.

"Bütün həyatım boyu, son 207 il ərzində xarici siyasətlə məşğul olmuşam. Uzun illər davam edən siyasi karyeramın üstünlüklərindən biri də, demək olar ki, hər dünya lideri ilə görüşə bilməyimdir",- deyə ölkə başçısı zarafat edib.

Barak Obamanın dövründə vitse-prezident olana qədər Bayden üç onillikdən çox senatda Delaver ştatını təmsil edib, o cümlədən Beynəlxalq Münasibətlər Komitəsinin sədri vəzifəsində çalışıb.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm