Keçmiş səfir casusluqda ittiham olunur
Bizi izləyin

ABŞ

Keçmiş səfir casusluqda ittiham olunur

ABŞ-nin Boliviyadakı keçmiş səfiri Manuel Roça Kubaya casusluq etdiyi ittihamı ilə Mayamidə saxlanılıb.

Publika.az xəbər verir ki, "Associated Press"ə (AP) danışan və adının çəkilməsini istəməyən iki yüksək vəzifəli məmur, Federal Təhqiqatlar Bürosunun (FTB) Kubaya qarşı uzun müddətdir ki, “əks-kəşfiyyat” araşdırması apardığını deyib.

Səlahiyyətlilər istintaq zamanı ABŞ-nin Boliviyadakı keçmiş səfiri 73 yaşlı Roçanın saxlanıldığını bildirib. Bildirilib ki, Roça ABŞ Ədliyyə Nazirliyi tərəfindən “Kubanın maraqlarına xidmət etməkdə” ittiham olunub.

Məsələ ilə bağlı ABŞ-dən hələlik heç bir açıqlama verilməyib.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm