Tramp Robert De Niroya cavab verdi: Oskarı məhv edən axmaq
Bizi izləyin

ABŞ

Tramp Robert De Niroya cavab verdi: Oskarı məhv edən axmaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Gotham mükafatı mərasimində onu tənqid edən dünya şöhrətli aktyor və prodüser Robert De Niroya cavab verib.

Publika.az xəbər verir ki, eks prezident deyib ki, De Niro və “digər axmaqlar” Oskarları məhv ediblər.

“De Niro başqalarının həyatına deyil, öz həyatına diqqət etməlidir. O, tam uduzmuş adama çevrilib, dünya isə baxır, gözləyir və gülür! - Amerikanın keçmiş prezidenti deyib.

Qeyd edək ki, bir müddət əvvəl Gotham Mükafatlarının təqdimat mərasimində məşhur aktyor De Niro ABŞ-ın Trampı kəskin tənqid edərək bunları deyib:

“Keçmiş prezident Ağ Evdə işlədiyi dörd il ərzində bizə otuz min dəfə yalan danışıb. O, yeni intiqamçı kampaniyasında yalan danışmağa hələ də davam edir, lakin heç bir yalan onun əsl ruhunu gizlədə bilməz”.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm