Bayden "borc"dan çıxacaq: Əvvəl Almaniyanın, sonra da...
Bizi izləyin

ABŞ

Bayden "borc"dan çıxacaq: Əvvəl Almaniyanın, sonra da...

ABŞ prezidenti Co Baydenin Almaniyaya təxirə salınmış səfərini cümə günü gerçəkləşdirəcək.

Publika.az xəbər verir ki, Ağ Evin sözçüsü Karin Jan-Piyer Baydenin Almaniya və Anqolaya əvvəllər təxirə salınmış səfərləri ilə bağlı açıqlama verib.

Mətbuat katibi Baydenin cümə günü Almaniyaya səfər edəcəyini və səfər zamanı danışıqlarının əsas mövzusunun Ukrayna olacağını söyləyib.

Baydenin Almaniya prezidenti Frank-Valter Ştaynmayer və baş nazir Olaf Şoltsla görüşəcəyini bildirən Jan-Pier bu görüşlərdə həm ABŞ-Almaniya münasibətlərinin, həm də Ukraynaya dəstəyin müzakirə olunacağını qeyd edib.

Əlavə edək ki, Baydenin dekabrın ilk həftəsində prezidentliyi dövründə Afrikaya ilk səfəri planlaşdırılır.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm