Donald Trampdan reaksiya: Bu cadugər işidir
Bizi izləyin

ABŞ

Donald Trampdan reaksiya: Bu cadugər işidir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-York məhkəməsində fırıldaqçılıq ittihamı ilə mühakimə olunduğu işlə bağlı deyib ki, bu, cadugər ovu və yalançılıq davasıdır.

Publika.az xəbər verir ki, Nyu-Yorkda məhkəmə zalının girişində jurnalistlərə açıqlama verən Tramp "Bu, cadugər ovu və son dərəcə korrupsiya davasıdır. Bu ölkədə daha əvvəl heç kim belə bir şeylə üzləşməyib”, - deyə qeyd edib.

Sözügedən vəziyyətin çox ciddi olduğunu bildirən Tramp hakim Artur Engoronun "Apellyasiya Palatasında qazanılan qələbəni" qəbul etməməsini tənqid edib.

Tramp özünün "Truth Social" sosial media platformasında paylaşım edib.

O qeyd edib ki, saxtakar hakim və cadugər toruna düşüb: “Bu iş hələ başlamamış mənə qarşı qərar verilib”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm