Metroda atışma: Ölən və yaralanan var
Bizi izləyin

ABŞ

Metroda atışma: Ölən və yaralanan var

Metroda atışma: Ölən və yaralanan var

Nyu-York metrosunda yeniyetmə qız atışma nəticəsində ölüb.

Publika.az xəbər verir ki, bu barədə “The New York Post” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazıb.

Atışma bazar ertəsi, fevralın 12-də baş verib. Şahidlərin dediyinə görə, ondan artıq atəş səsi eşidilib.

Öz növbəsində Nyu-York polisi metroda atışma nəticəsində bir yeniyetmə qızın öldüyünü, daha beş nəfərin yaralandığını bildirib.

Bundan əvvəl ABŞ-da kilsədə də atışma olub. Hücum Hyustonda, Texasdakı Lakevood kilsəsində baş verib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm