ABŞ
Bayden Navalnının həyat yoldaşı və qızı ilə görüşdü
.jpg?v1745620103)
ABŞ Prezidenti Cozef Bayden Rusiya müxalifətinin lideri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya və qızı Daşa ilə görüşüb.
Publika.az “NBC News”a istinadən xəbər verir ki, görüş Kaliforniya ştatında baş tutub.
Öncədən görüşün anonsu verilməyib, həmçinin Baydenin qrafikində sözügedən görüş nəzərdə tutulmayıb.
Qeyd edək ki, Navalnının qızı ABŞ-nin Stenford Universitetində təhsil alır.
Xatırladaq ki, fevralın 16-da 47 yaşlı Aleksey Navalnı “Polyarnı Volk” sərt rejimli islah koloniyasında qəflətən ölüb. Daha öncə 2020-ci ildə o, “Noviçok” maddəsi ilə zəhərlənərək transfer olunub. Siyasətçi 2021-ci ilin yanvarında Berlindən Moskvaya qayıtdıqdan sonra həbs olunub.

-
Dünya02:19
Dneprdə partlayışlar oldu
-
Hadisə01:20
Toydan çıxan 18 yaşlı gənc damarlarını kəsdi - Azərbaycanda dəhşətli hadisə
-
Qoroskop00:55
Günün qoroskopu: maddi fürsətlər doğa bilər
-
Nida Xəbər 25 Aprel 23:59
Ərdoğan Azərbaycana gələcək
-
Region25 Aprel 22:08
İstanbulda yenə zəlzələ oldu
-
Kriminal25 Aprel 21:07
Zərərçəkmiş şəxs Ermənistan ordusunun törətdiyi vəhşiliklərdən danışdı - MƏHKƏMƏ
-
Yaxın Şərq25 Aprel 20:45
Suriyanın yeni bayrağı BMT-də dalğalandı
-
Dünya25 Aprel 19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü