Bu bağışlanmazdır: Tramp şahzadəni satqın hesab edir
Bizi izləyin

ABŞ

Bu bağışlanmazdır: Tramp şahzadəni satqın hesab edir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp şahzadə Harrinin Britaniya kral ailəsinə xəyanət etdiyini düşünür.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “Express” qəzeti məlumat yayıb.

2023-cü ilin may ayında “Heritage Foundation” beyin mərkəzi, şahzadə Harrinin immiqrasiya sənədlərinə giriş əldə etmək və onun marixuana, kokain də daxil olmaqla narkotik vasitələrdən istifadə etdiyini etiraf etməsini nəzərə alaraq, ABŞ-da qanuni olaraq qalmasına icazə verilib-verilmədiyini müəyyən etmək üçün məhkəməyə müraciət edib.

İyun ayında ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS), məhkəmə qərarına zidd olaraq, Şahzadə Harrinin ölkəyə potensial olaraq qeyri-qanuni girişi ilə bağlı qeydlərin mövcudluğunu təsdiq və ya təkzib etməkdən imtina edib.

Qəzet qeyd edir ki, Tramp ABŞ prezidenti Co Bayden administrasiyasının məhkəməyə lazımi sənədləri təqdim etməməklə “Harrini müdafiə etdiyinə” görə “qəzəblənib".

"Mən onu (Şahzadə Harrini - red.) müdafiə etməzdim. O, kraliçaya (mərhum kraliça II Yelizaveta) xəyanət edib. Bu bağışlanmazdır", - Tramp nəşrə müsahibəsində deyib.

Trampın sözlərinə görə, kral ailəsi şahzadəyə qarşı “çox mərhəmətlidir”.

Xatırladaq ki, 2020-ci ildə Şahzadə Harri və həyat yoldaşı Meqan Markl kral ailəsi ilə münaqişədən sonra krallıq vəzifələrini yerinə yetirməkdən imtina edərək Böyük Britaniyanı tərk etmişdilər. 2021-ci ilin mart ayında cütlük “Oprah Winfrey”ə qalmaqallı bir müsahibə verdi və orada qohumlarını laqeydlikdə, daimi təzyiqdə və hətta irqçilikdə ittiham etdilər. O vaxtdan bəri cütlüyün kral sarayı ilə münasibətləri gərgin olaraq qalır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm